• $
  • £

“Qızıl top”un ilk “10-luğu”: siyahıda Messi yoxdur

“Qızıl top”un ilk “10-luğu”: siyahıda Messi yoxdur
08.10.2018 18:45
FIFA və "France Football” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, siyahıya ilk olaraq beş namizədin adı daxil edilib.

İlk "beşlik”də Serxio Aquero ("Mançester Siti”, Argentina), Qaret Beyl ("Real”, Uels), Kərim Benzema ("Real”; Fransa), Alison Beker ("Liverpul”, Braziliya), Edinson Kavani (PSJ, Uruqvay) yer alıb.

İkinci "beşlik”də Tibo Kurtua ("Real”, Belçika), Kriştianu Ronaldu ("Yuventus”, Portuqaliya), Kevin de Bröyne ("Mançester Siti”, Belçika), Roberto Firmino ("Liverpul”, Braziliya), Dieqo Qodin ("Atletiko”, Uruqvay) qərarlaşıb.

Mükafat uğrunda otuz futbolçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq.

"Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək. Təqdimetmə mərasimində ilk dəfə olaraq ən yaxşı gənc oyunçu və ən yaxşı qadın futbolçuya da mükafatlar təqdim ediləcək.

"France Football” jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştianu Ronaldu və Lionel Messi bu mükafatı hərəyə beş dəfə olmaqla, ən çox qazanan futbolçulardır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol