• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Ordu İrəvana YERİDİLƏCƏK, azərbaycanlılarla ermənilər… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ordu İrəvana YERİDİLƏCƏK, azərbaycanlılarla ermənilər… - GÜNÜN SİYASİ XÜLASƏSİ
08.10.2018 20:42
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna planlaşdırılır. "Global Firepower” təşkilatı dünya ordularının hava güclərinin yeni reytinqini açıqlayıb. Ermənistanın baş naziri Anna Akopyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. İdlibdə silahsızlaşdırılmış bölgənin sərhədləri müəyyən edilib. Böyük Britaniya Rusiya da daxil olmaqla, daha güclü silahlı qüvvələrlə ölkələrlə döyüşlərə hazırlaşmaq üçün Omanda hərbi təlimlər keçirir.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna planlaşdırılır. Bu ilin 26 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə baş tutan görüşündən sonra həmsədrlər tərəfindən verilmiş açıqlamada da qeyd edildiyi kimi, həmsədrlərin yaxın zamanda bölgəyə səfərinin həyata keçirilməsi və cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsi nəzərdə tutulur.
Görüşün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır.
"Global Firepower” təşkilatı dünya ordularının hava güclərinin yeni reytinqini açıqlayıb. Ən güclü 100 Hərbi-Hava Qüvvəsinin yer aldığı siyahıda Azərbaycan 62-ci yerdədir.
Siyahıda düşmən ölkə Ermənistan 85-ci, Gürcüstan isə 88-ci yerdə qərarlaşıb. Türkiyə isə dünyanın ən güclü 10-cu hava qüvvələrinə sahibdir.
Ermənistanın baş naziri Anna Akopyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. Oktyabrın 8-də işğal olunmuş ərazilərə gələn Anna təmas xəttində erməni hərbi birləşmələrinə baş çəkib.
A.Akopyanı Rusiyadan olan bir sıra yazıçı, jurnalist və müxtəlif ictimai statusları olan qadınlar da müşayiət edib. Onlar təmas xəttində müharibəyə qarşı bəyanatlar səsləndiriblər.
"Bu müharibəni bitirmək lazımdır”, - "Vera” yardım fondunun rəhbəri Nyuta Federmesser deyib.
Paşinyanın həyat yoldaşı onu müşahidə edən rusiyalı qadınlara Azərbaycana getməyi və orada da təmas xəttində baş çəkməyi tövsiyə edib.
Rusiyalı qadınlar Azərbaycana gedəcəklərinə söz veriblər. Hərçənd, onlar getdikləri torpağın Azərbaycana məxsus olduğu və bu səfərin qanunsuz olduğu faktorunu unudurlar.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyanın bir qrup qadınla işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirib.
Bəyanatda deyilir: "Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilmiş mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər. Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə isə hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcəkdir”.
Əgər kimsə xalqa problem yaratmaq rolunu üzərinə götürmək qərarını veribsə, o zaman xalq özü bu problemin ləğvi yolunu tapacaq. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, hazırda Ermənistan parlamenti de-fakto buraxılıb, indi sadəcə onun de-yure buraxılması həll edilməlidir:
"Əgər xalq qərar qəbul edibsə ki, bu hökumət getməlidir, o zaman hökumət istefaya getməlidir. Mən özümü bu prosesin zəmanətçisi sayıram”.
"Putinə daxili siyasətdə düşən reytinqini bərpa etmək üçün qalib gələcəyi kiçik müharibə lazımdır”. Bu iddia ilə erməni şərhçi Qalust Qriqoryan çıxış edib.
Onun sözlərinə görə, Rusiyada prezident Vladimir Putinin reytinqi 45 faizə düşüb: "Vaxtilə Gürcüstan və Ukrayna nümunəsində biz bunu gördük. İndi növbə Ermənistandır”.
Q.Qriqoryan iddia edib ki, Ermənistanın məğlub olacağı müharibə Qarabağda da ola bilər, ölkənin daxilində də.

"Rusiya üçün Ermənistana dərs vermək əhəmiyyətlidir. Bu baxımdan, Ermənistana müdaxilə edə bilər”, - deyə o bildirib.
İdlibdə silahsızlaşdırılmış bölgənin sərhədləri müəyyən edildi. Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin danışıb.
"Türkiyə ilə Rusiya arasında çox yaxşı əməkdaşlıq, qarşılıqlı münasibətlər və sağlam əlaqə təmin edilib. İki ordunun nümayəndələri İdliblə bağlı razılaşmadan sonra bir neçə dəfə görüşüb müzakirə aparıb”, - Verşinin bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya lideri Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə silahsız bir bölgə yaratmaq üçün Soçidə razılığa gəlmişdi.
Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən gedişi haqqında məsələni artıq heç kim qaldırmır. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Verşınin bildirib.
"Artıq qəbul edirlər ki, BMT-nin üzv ölkəsinin öz gələcəyini müəyyən etmək hüququ var. Xalq onlara kimin rəhbərlik edəcəyini özü müəyyən etməlidir. Deyərdim ki, artıq bu məsələnin öhdəsindən gəldik. Bu, çox yaxşıdır”, - o deyib.
Daha əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Əsədin hakimiyyətdən gedişini "vaxt məsələsi” adlandırıb.
"3F Bloku” (Block 3F) proqram təminatı olmadan belə, İsraildə "F-35” beşinci-nəsil qırıcıları ilə bu yaxınlarda Suriyaya çatdırılmış "S-300” zenit-raket sistemlərinə zərbənin endirilməsinə böyük imkanlar var. Bu haqda ABŞ-ın "National Interest” nəşri yazıb.
Qəzzadakı humanitar böhran İsrail üçün təhlükədir. Əgər vəziyyət müsbətə doğru getməsə, ordu Qəzzaya hücum edəcək. Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu nazirlərlə görüşündə deyib.
"Qəzzada gərginliyin azalması bizim üçün arzuediləndir. Ancaq bunun qorunub saxlanılacağından əmin deyilik. Bu səbəbdən hərbi hazırlıqlara başlamışıq”, - Netanyahu bildirib.
Rusiyada müharibə yetişir, ölkə rəhbərliyi və federal kanallar bunu gizlətməyə üstünlük verirlər. Bu haqda İnquşetiya və Çeçenistan arasında ərazi mübadiləsindən sonra başlayan etiraz aksiyalarını şərh edən Rusiyanın müxalifət siyasətçisi Leonid Qozman "Exo Moskva” radiostansiyasının saytında yazıb.
Onun sözlərinə görə, Rusiyada hazırda İnquşetiya və Çeçenistan sakinləri arasında əsl münaqişə yetişir. Siyasətçi vəziyyətin hər saat gərginləşdiyini, ölkə rəhbərliyinin isə daxili problemlərə məhəl qoymadığını bildirib.
Böyük Britaniya Rusiya da daxil olmaqla, daha güclü silahlı qüvvələrlə ölkələrlə döyüşlərə hazırlaşmaq üçün Omanda hərbi təlimlər keçirir. Bu haqda "Times” nəşri bildirib.
Qəzetin məlumatına görə, "Saif Sareea 3” təlimləri son 17 ilin ən böyük hərbi təlimləridir. Bir ay davam edəcək təlimlər Londona yüz milyon funt-sterlinqə başa gələcək. Təlimlərdə hər birinin dəyəri minlərlə funt-sterlinq olan pilotsuz təyyarələr ilk dəfə sınaqdan keçiriləcək. (publika)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 13:51
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Siyasət 11:36
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Siyasət 19:30
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Ərdoğan: Ermənistan və Azərbaycan sülhə hər zamankından daha yaxındır
Siyasət 14:05
Ərdoğan: Ermənistan və Azərbaycan sülhə hər zamankından daha yaxındır
Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Siyasət 12:21
Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Prezident Əbu-Dabidədir- Fotolar
Siyasət 12:01
Prezident Əbu-Dabidədir- Fotolar
Ombudsman: Yeni amnistiya təşəbbüsü humanist cəza siyasətinin davamıdır
Siyasət 09:51
Ombudsman: Yeni amnistiya təşəbbüsü humanist cəza siyasətinin davamıdır
Milli Məclisin növbəti iclası dekabrın 19-da keçiriləcək
Siyasət 13:02
Milli Məclisin növbəti iclası dekabrın 19-da keçiriləcək

Azərbaycanla Ruanda arasında hava əlaqəsi yaradılacaq
Siyasət 12:12
Azərbaycanla Ruanda arasında hava əlaqəsi yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol