• $
  • £

Dünya çempionlarımız: Nurməhəmmədovla döyüşərəm

Dünya çempionlarımız: Nurməhəmmədovla döyüşərəm
08.10.2018 21:12
Həbib Nurməhəmmədov – Konor Makqreqor görüşü Azərbaycanda da özünə çoxlu sayda tamaşaşı kütləsi cəlb etdi.
Oxu.Az xəbər verir ki, bizim məşhur idmançılar da bu döyüşə baxıb.
İdmançılarımızdan sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev və karate üzrə beşqat dünya çempionu Rafael Ağayevə bu iki sualla müraciət etdik: 1. "Kimə azarkeşlik edirdiniz?”; 2. "UFC çempionu Həbib Nurməhəmmədovla oktaqonda döyüşməyə hazırsınız?”

Hacı Əliyev: "Mən bir müsəlman kimi bu döyüşdə Həbib Nurməhəmmədovun qalib gəlməsini istəyirdim. Bundan başqa, Həbib mənim çıxış etdiyim idman növünə yaxın döyüşdüyündən, ona azarkeşlik edirdim. Amma onun çəkisi məndən aşağıdır. Həbib mənimlə güləşə bilməz. Tək güləş olsa, onu yenərəm. Yumruq vurmaq üçün isə məşq etməliyəm”.
Rafael Ağayev: "MMA döyüş növünə o qədər də maraq göstərmirəm. Karatedən sonra idmanda baxdığım futbol və cüdodur. Amma bilirdim ki, maraqlı döyüş olacaq. Ona görə baxdım. Düzdür, MMA elədir ki, orda karate də daxil olmaqla bütün idman növlərindən istifadə etmək olar. Bilmək olmaz, bəlkə gələcəkdə mən də orda iştirak etdim...
İkinci sualınıza gəlincə, dildə demək asandır ki, Həbib çağırsa, gedib ona qalib gələrəm. Amma belə deyil, hər şeyə real yanaşmaq lazımdır. Hər bir idmançı öz idmanında peşəkardır. Ayaqüstü döyüş olsa, məşq etsəm, Həbiblə döyüşə bilərəm. Çünki onun əsas mübarizəsi döşəmə üzərində olur, bunun üçün güləşi bilmək lazımdır”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol