• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Ərəbistan Trampı çətin duruma saldı: Sanksiya tələbi

Ərəbistan Trampı çətin duruma saldı: Sanksiya tələbi
12.10.2018 21:18
Səudiyyə Ərəbistanı müttəfiqi ABŞ Prezidenti Donald Trampı çətin vəziyyətə saldı.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Senatının Qaşıqçı olayından dolayı Səudiyyəyə sanksiya tələbi haqda danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Səudiyyənin Qaşıqçını öldürməklə Konqres və ABŞ mediasına Trampı daha çox sıxışdırmaq üçün mövzu verdiyini düşünür:

"Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etmişdi və bu ölkə ilə 350 milyard dollarlıq müqavilə imzalamışdı. Bu sazişə görə, Səudiyyə 10 il ərzində ABŞ-dan yeni hərbi texnika almalıdır. Bu müqaviləni Tramp prezident seçildikdən sonra ilk böyük qələbəsi kimi təqdim etmişdi. İndi isə Trampın sözlərindən belə çıxır ki, o, Vaşinqtonda yaşayan ərəb jurnalistin öldürüldüyü ehtimalına inansa da, Səudiyyə ilə imzaladığı müqavilə nəticəsində ABŞ-da açılan onminlərlə iş yerindən və böyük gəlirdən də imtina edə bilməz. Yəni Tramp iqtisadi səmərə naminə jurnalistin qətlini unutmağa hazırdır. Ancaq Konqresdə Trampın rəqibləri və ABŞ mediası jurnalistin qətli ilə bağlı Trampa təzyiqi artıracaqlar və Səudiyyəyə qarşı sanksiya tətbiq etməyi istəyəcəklər. Bir sözlə, Səudiyyə bir jurnalisti öldürməklə müttəfiqi Trampı işə saldı”.

Qeyd edək ki, səudiyyəli müxalif yazar, "Vaşinqton Post”un müxbiri Camal Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanı Konsulluğuna daxil olub və yoxa çıxıb. Qaşıqçının Ər-Riyaddan gələn xüsusi qrup tərəfindən öldürüldüyü iddia edilir.

ABŞ Senatı Qlobal Maqnitski Aktına əsasən Ağ Evdən Qaşıqçı məsələsinə görə Səudiyyə Ərəbistanına sanksiya tətbiq edilməsini tələb edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Dünya 23:00
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Zelenski Polşaya səfər edib
Dünya 22:53
Zelenski Polşaya səfər edib
“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Dünya 22:40
“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
Dünya 22:30
Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
ABŞ-də təyyarə qəzaya uğrayıb
Dünya 21:56
ABŞ-də təyyarə qəzaya uğrayıb
Uitkoff Qətər, Misir və Türkiyə nümayəndələri ilə Qəzza üzrə razılaşmaları müzakirə edəcək
Dünya 20:10
Uitkoff Qətər, Misir və Türkiyə nümayəndələri ilə Qəzza üzrə razılaşmaları müzakirə edəcək
Ukrayna nümayəndə heyəti sabah Floridaya gedəcək
Dünya 18:45
Ukrayna nümayəndə heyəti sabah Floridaya gedəcək
Estoniya XİN Rusiyaya nota verib
Dünya 18:06
Estoniya XİN Rusiyaya nota verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol