• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Azərbaycanda vəzifəli şəxs həbs olundu (SƏBƏB)

Azərbaycanda vəzifəli şəxs həbs olundu (SƏBƏB)
15.10.2018 12:42
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

Lakin, bəzi hallarda ictimai iaşə xidmətləri göstərən ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən qida təhlükəsizliyi qaydalarının ciddi pozulması hallarına yol verilir.

Belə ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə müvafiq sahədə mövcud olan xidmət qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirilərkən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 73 və 73a saylı ünvanlarda yerləşən satış məntəqələrində ayrı-ayrı şəxslər tərəfindən mənşəyi məlum olmayan, habelə gigiyenik və sanitar normaların tələblərinə uyğun olmayan ümumi dəyəri 16 min manat olan ümumi çəkisi 2449 kq 23 baş iribuynuzlu (inək) və ümumi çəkisi 42 kq 2 baş xırdabuynuzlu (qoyun) heyvan cəmdəkləri aşkar edilməklə məhsulların satışı dayandırılmış və müvafiq laborator müayinələrin aparılıb rəylər alınması üçün nümunələr götürülüb.

Agentliyin müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində ətlərin kəskin qoxulu, köhnə olmaqla ağır xəstə və ya tələf olduqdan sonra kəsilmiş istehlaka yararsız heyvanlara məxsus olduğu aşkar edilib.

Toplanmış materiallar əsasında fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Agentliyin 5 saylı qida nəzarət məntəqəsinin həkimi Xaspolad Mirimovun Əlican Quliyevlə birgə insanların həyatı və sağlamlığı üçün təhlükə törədən, mənşəyi məlum olmayan, gigiyenik və sanitar normaların tələblərə uyğun olmayan, xeyli miqdar təşkil edən heyvan ətlərinin ayrı-ayrı tədarükçülər tərəfindən keyfiyyətli ət adı ilə müxtəlif satış məntəqələrində topdan və pərakəndə satışını təşkil etməklə çoxsaylı istehlakçıların dələduzluq yolu ilə xeyli miqdarda əmlaklarını ələ keçirməyə cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 29, 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluğa cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd), 29, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd), 29, 200.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd), 29, 200.2.3 (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatmaya cəhd) və 308.1-ci (mühüm zərər vurma ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, aparılmış istintaqla bazara keyfiyyətsiz ət tədarük etmiş Həsənov Əli Tahir oğlu, Nəbiyev Şamxal Kərim oğlu, Tağıyev Vasif İbadulla oğlu və Səlimov Cahangir Xələf oğlunun birgə istehlakçıların dələduzluq yolu ilə xeyli miqdarda əmlaklarını ələ keçirməyə cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 29, 178.2.1 və 29, 200.2.2-ci maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla keyfiyyətsiz ətlərin kütləvi satışı məqsədi güdən digər ictimai iaşə xidmətləri subyektlərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə və 361-11-76, 361-11-48 nömrəli və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Qaynar xətt” əlaqə mərkəzinə və 377-00-77 nömrəli telefonlar vasitəsi ilə məlumat vermələrini xahiş edir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, ötən Abşeronda broyler toyuqlarını "kənd toyuğu” adı altında satan şəxslər də həbs ediliblər

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva ÜST-nin xüsusi nümayəndəsi ilə görüşüb
Cəmiyyət 21:11
Leyla Əliyeva ÜST-nin xüsusi nümayəndəsi ilə görüşüb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:46
Sabah bu ərazilərdə qaz olmayacaq
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti artırılır
Cəmiyyət 19:30
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti artırılır
Azərbaycan və Polşa arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə olunub
Cəmiyyət 19:01
Azərbaycan və Polşa arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə olunub
AQTA Yeni il qutuları ilə bağlı çağırış edib
Cəmiyyət 17:39
AQTA Yeni il qutuları ilə bağlı çağırış edib
Bakıda “Nəqliyyat Təlim Mərkəzi” yaradılıb
Cəmiyyət 17:28
Bakıda “Nəqliyyat Təlim Mərkəzi” yaradılıb
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kollektivə təqdim olunub
Cəmiyyət 17:18
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kollektivə təqdim olunub
Qida Təhlükəsizliyi Agentliyi uşaqlar üçün Yeni il hədiyyə qutularına diqqət olunmasını tövsiyə edir
Cəmiyyət 16:15
Qida Təhlükəsizliyi Agentliyi uşaqlar üçün Yeni il hədiyyə qutularına diqqət olunmasını tövsiyə edir
Azərbaycanda əmək müqavilələrinin sayı 2018–2025-ci illərdə 45% artıb – nazir
Cəmiyyət 15:58
Azərbaycanda əmək müqavilələrinin sayı 2018–2025-ci illərdə 45% artıb – nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol