• $
  • £

Həbibə İNANILMAZ JEST - FOTO

Həbibə İNANILMAZ JEST - FOTO
16.10.2018 16:23
Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gələn Həbib Nurməhəmmədovun portretini qrafit texnikası ilə Beykozda divara çəkən Məhəmməd Emin Türkman sosial şəbəkənin gündəmini zəbt etdi.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, sənətçi daha əvvəl 2016-cı il dövlət çevrilişinə cəhd zamanı şəhid olan Ömər Halisdəmirin portretini divarda çəkmişdi.

Şəhidin portretini Beykozdakı Almalı məhəlləsində divara çəkərək Türkiyənin dörd bir tərəfindən təbrik mesajları alan Məhəmməd Emin Türkman eyni yerə rusiyalı idmançını da əlavə edib. Həbib Nurməhəmmədov türk sənətçinin əsərini 12 milyon izləyicisi olan İnstaqram səhifəsindən "Somewhere in Turkey Desteğiniz için teşekkür ederim” notu ilə paylaşıb. Paylaşım 2,5 milyona yaxın izləyici tərəfindən bəyənilib.

Qeyd edək ki, gizir Ömər Halisdəmir Xüsusi Təyinatlı Qüvvələrin komandir müavini, general Semih Terzini öldürmüş, ardınca isə generalın yanındakı şəxslər tərəfindən güllələnmişdi. Gizir dövlət çevrilişinə cəhdin gedişatını dəyişdirən şəxslərdən biri hesab edilir. İddiaya görə, Halisdəmir Semih Terzini vurmasaydı, "F-16” qırıcıları əvvəlcədən müəyyən edilən nöqtələri vuracaqdı.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol