• $
  • £

Həbibdən Konora revanş üçün fantastik təklif

Həbibdən Konora revanş üçün fantastik təklif
24.10.2018 17:50
Rusiya döyüşçüsü, mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov 100 milyon qarşılığında qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə irlandiyalı döyüşçü Konor Makqreqorla revanş görüşünə hazırdır.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz bildirib.

Lakin o, tələb olunan pulun hansı valyuta olduğunu dəqiqləşdirməyib.

"İndi sən revanş istəyirsən, amma revanş 100 milyonu bizə gətirməsən olmayacaq. Alkoqol mağazanı aç və satışlara diqqət ayır", - Həbibin meneceri vurğulayıb.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.

Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.

Döyüşdən sonra hər iki rəqib və onların komandalarının üzvlərinin iştirakı ilə dava olub. UFC başçısı Deyna Uayt bildirib ki, çempion hadisəyə görə tituldan məhrum edilməyəcək, ancaq onu 4 aydan 6 aya kimi diskvalifikasiya və pul cəriməsi gözləyir.

Oktyabr əvvəlində Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb və deyib ki "cəngəllikdə yalnız bir kral ola bilər”. Buna cavab olaraq amerikalı 110 milyon dollardan 200 milyon dollara qədər qonorar istəyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol