• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Xərçəng xəstəliyinə qalib gəlmiş azərbaycanlı məşhurlar - SİYAHI (FOTOLAR)

Xərçəng xəstəliyinə qalib gəlmiş azərbaycanlı məşhurlar - SİYAHI (FOTOLAR)
25.10.2018 20:02
Xərçəng xəstəliyinə qalib gələn dünya şöhrətli məşhurlar barədə tez-tez eşidirik. Bunlardan Ben Stillerin, Maykl Duqlasın, Robert De Nironun, Kalli Minokun, Ancelina Colinin, Türkiyəli ifaçı Yıldız Tilbenin adını tez-tez eşidirik. Həm onların özləri, həm də doktorları bu xəstəliklə mübarizədə düzgün diaqnoz, müalicə ilə yanaşı, insan iradəsinin də böyük rol oynadığını bildirirlər.

Bü gün isə sevilən aktyor, Əməkdar artist Coşqun Rəhimovun xərçəng xəstəliyinə qalib gəlməsi barədə saytlarda məlumat yayılıb. "Zaurla Günaydın" verilişində qonaq olan aktyor hazırda səhhətinin yaxşı olduğunu bildirib: "Robot, dəmir deyilik axı. Hər bir orqan kimi xəstəliklər də fərqli olur. Allah heç kimə qismət etməsin. İndi xəstəlik tam bitib, nəzarət altındayam. Burda əməliyyat olundum. Öz həkimlərimizə daha çox inandım".
Bu xəbər əslində insanlara pozitiv bir mesajdır. Yeniavaz.com xatırladır ki, əslində xərçəng xəstəliyinə qalib gələn başqa azərbaycanlı məşhurlar da var. Onlar barədə məlumatları təqdim edirik.

Xərçəng xəstəliyinə qalib gələnlərdən biri də tanınmış televiziya aparıcısı Zümrüd Qasımovadır: "Mən 6 il öncə xərçəng xəstəsi olmuşam. İndi canım sağlamdır. Yaşamaq istəyirəm. Hər birinizə can sağlığı diləyirəm. Həyat bizə bir dəfə verilir. Özünüzdən muğayat olun".

Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi işləmiş Rəbiyyə Zərdabi: "Mən xərçəngə qalib gəlmiş qadınam. Uzun illər bu xəstəliklə mübarizə aparmışam, ruhdan düşməmişəm".

Azərbaycanın əməkdar artisti Kübra Əliyeva uzun illər xərçəng xəstəliyindən əziyyət çəkib. Süd vəzi xərçəngindən ağır əməliyyatlar keçirən Kübra Əliyeva indi özünü çox yaxşı hiss edir. Aktrisa xəstəliyinin ilk vaxtlarında müalicəsi üçün saçlarını qırxdırmağa məcbur olmuşdu. Olduqca iradəli bir insan təsiri bağışlayan K. Əliyeva müalicələrini davam etdirit, gəzir, çəkilişlərə gedir.

Xərçəng xəstəliyinə qalib gələn bir azərbaycanlı məşhur sevilən aktrisa, əməkdar artist Hicran Nəsirovadır. H. Nəsirova süd vəzisi xərçəngindən əziyyət çəkib. İllər öncə aktrisa Moskvada ağır əməliyyat keçirib. Hazırda özünü çox yaxşı hiss edir, səhnə fəaliyyətini davam etdirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Mədəniyyət 13:26
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol