• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Türkmənistan prezidenti indi də dramaturq oldu - FOTOLAR

Türkmənistan prezidenti indi də dramaturq oldu - FOTOLAR
29.10.2014 21:53

Aşqabadda Türkmənistan prezidenti Gurbanguly Berdimuhamedow-un romanı əsasında hazırlanan tamaşanın premyerası olub.

Dövlət Dram Teatrı “Dövlət quşu” tamaşasını Türkmənistanın müstəqilliyinin 23 illiyi münasibətilə hazırlayıb.  

Türkmənistanın Dövlət İnformasiya Agentliyi xəbər verir ki, tamaşa “türkmən xalqının qəhrəmanlığı və vətənpərvərliyi”ndən bəhs edir. Daha dəqiqi isə prezidentin atası Məlikquluya həsr edilib. Onun 2-ci Dünya Müharibəsinin ağır illərinə təsadüf edən uşaqlığına. Tamaşada “təkcə xatirələrə yox, həm də sənədli faktlara əsaslanaraq onun vətənə sadiqliyindən, mənəvi mükəmməlliyindən və alicənablığından danışılır”.

ANŞLAQ, ANŞLAQ, ANŞLAQ...​

Prezidentin “Dövlət quşu” romanının təqdimatı bir il əvvəl olub. Türkmənistanın Dövlət İnformasiya Agentliyi yazır ki, roman o vaxtdan bəri “həm ölkə daxilində, həm də xaricində böyük oxucu auditoriyası qazanıb”.

Və romanın populyarlığını həm də “eyniadlı tamaşanın premyerasındakı anşlaq sübut edir”.

Premyerada hökumət üzvləri, parlament rəhbərləri, diplomatik missiya rəhbərləri, Türkmənistanın xarici ölkələrdəki səfirləri, mədəniyyət xadimləri, media nümayəndələri və yaradıcı gənclər də qatılıb.

"ZƏHMƏTKEŞ MƏLİKQULU"

Tamaşada yeniyetmə Məlikqulu gecə-gündüz çalışır, ailənin yükünü çəkir. Atası Berdımuhammed cəbhəyə getdiyi üçün bu yük onun çiyninə düşüb.

O təkcə ailəsi üçün çalışmır, həm də “Hər şey cəbhə üçün” şüarı ilə vətən uğrunda əlindən gələni əsirgəməyən sıravi türkmənlərdən biridir.

Müharibə Sovet xalqının qələbəsi ilə bitəndən sonra isə səhnədə türkmən xalqının əfsanəvi qəhrəmanı Oğuz xan görünür. Artıq böyüyüb ailə qurmuş Məlikqulu bu fonda monoloq deyir. O, “əcdadlarının yolunu layiqincə davam etdirən” oğlu Qurbanquluya təşəkkür edir, ona “doğma vətənin çiçəklənməsi yönündə işlərində uğurlar diləyir”.

Tamaşa bitəndən sonra prezidentin adından yaradıcı heyətə minnətdarlıq jesti kimi bir səbət gül təqdim edilib.  

ROMANI KİM YAZIB?

Diktatura rejiminin hökm sürdüyü Türkmənistan haqda müstəqil xəbərlər yayan «Хроника Туркменистана» isə yazır ki, əslində romanı prezident özü yazmayıb. Romanın əsl müəllifi yerli jurnallardan birinin əməkdaşı Orazguly Annayev-dir. "Dövlət quşu" romanı çap olunandan sonra ona qəfildən "Türkmənistanın xalq yazıçısı" fəxri adı verilib. 

Bundan əvvəl prezidentin imzasıyla müxtəlif mövzularda başqa kitablar da nəşr edilib: "Türkmənistan - sağlam və yüksək mənəvi dəyərlərə malik insanların ölkəsi", "Əbədi iz" (Berdimuhammedovun babası haqda), "Canlı əfsanə" (Türkmən xalçaları haqda) və "Axaltəkə atı - bizim qürur yerimiz".

Bu ildən prezidentin əsərləri məktəb proqramlarına da daxil edilib. Bundan əvvəlsə məktəblərdə sabiq prezident Saparmurad Niyazovun (Türkmənbaşı) "Ruhnamə" əsəri tədris olunurdu. 

OxuZalı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Dünya 22:00
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
“Parisin son kraliçası” vəfat edib
Dünya 21:30
“Parisin son kraliçası” vəfat edib
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Dünya 20:06
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Alyaskada güclü zəlzələ baş verib
Dünya 19:30
Alyaskada güclü zəlzələ baş verib
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Dünya 19:00
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Xerson vilayətində Yeni il gecəsi dron hücumu nəticəsində 24 nəfər ölüb
Dünya 16:13
Xerson vilayətində Yeni il gecəsi dron hücumu nəticəsində 24 nəfər ölüb
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
Dünya 14:10
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
Dünya 14:00
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Dünya 11:15
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol