• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Azərbaycana qarşı təxribat: bunu kimlər edib? - FOTO

Azərbaycana qarşı təxribat: bunu kimlər edib? - FOTO
02.11.2018 09:24
Dünyanın ən böyük onlayn ensiklopediyası olan Vikipediyada Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı düşünülmüş təxribata yol verilib.

Kult.az xəbər verir ki, Vikipediyanın rus dilində olan versiyası böyük Azərbaycan şairi Nizami Gəncəvini "fars poeziyasının klassiki (классик персидской поэзии)" kimi təqdim edib. Bununla yanaşı, Vikipediyada Nizamiyə həsr olunmuş məqalənin (rusca) giriş hissəsində və şairin şəklinin yuxarısında onun ad və soyadı fars və kürd dillərində verilib. Bu isə Nizaminin guya kürd əsilli fars şairi olması barədə gülünc iddialara rəvac verməkdir və əlbəttə ki, qəsdən edilib.

Məqalənin redaktə tarixçəsinə baxdıqda düzəliş edənlər arasında "Taron Saharyan", "Ankax Hayastan" və "Zara-arush" adlı istifadəçiləri görürük. "Taron Saharyan" Vikipediyadakı profilində İrəvandan olduğunu, digər iki istifadəçi isə qondarma "dqr"i dəstəklədiyini yazıb. Redaktələri araşdırdıqda təxribatın 2014-cü ildə edildiyi üzə çıxır. Nizaminin Azərbaycan dilində olan adını məqalədən Böyük Britaniyadan olan "Victoria" və "Böyük Ermənistan" ilə maraqlanan "Rs4815" adlı istifadəçilər çıxarıblar.

Maraqlıdır ki, ermənilərin bütün vasitələrdən istifadə ilə apardığı bu təxribat indiyədək diqqətdən yayınıb.

Fotofaktı oxuculara təqdim edirik.
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol