• $
  • £

“Mənə bəlli idi ki, güllələnmiş məhkumlar orada basdırılıb” - “NKVD qəbiristanlığı”nın sirri

“Mənə bəlli idi ki, güllələnmiş məhkumlar orada basdırılıb” - “NKVD qəbiristanlığı”nın sirri
02.11.2018 15:20
Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağl Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Noyabrın 1-də işçi qrupunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib. 

Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə NKVD qəbiristanlığı olub.

O zaman sual yaranır: Həmin ərazi bu vaxta qədər araşdırılıbmı? NKVD qəbiristanlığında daha kimlərin məzarı, yaxud da qalıqları tapıla bilər?


Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.


Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, həmin ərazidə heç vaxt araşdırma aparmayıb.


"Mənə bəlli idi ki, repressiya illərində güllələnməyə məhkum olunanların hamısı orada basdırılıb. Belə bir məlumatım var idi. Ancaq Mikayıl Müşfiq haqqında hər zaman belə fikirlər eşitmişəm ki, onu güllələyib cəsədini dənizə atıblar. Onu dəfn etməyiblər. Bu fikirlər dəqiqliyə malik olmayan fikirlər, mülahizələr idi. Heç kəs Müşfiqin harada dəfn olunduğunu, taleyinin necə olduğunu bilmirdi. Bu kifayət qədər müəmmalı, qapalı yanaşma idi. Çox istərdik ki, Müşfiqlə bağlı ehtimal həqiqət olsun. Biz Müşfiqi milli adət-ənənələrimizə uyğun olaraq dəfn edək və hər zaman onu yüksək səviyyədə böyük coşğu ilə anaq”.


Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə NKVD qəbiristanlığı adlanan ərazi  barədə ilk dəfə məlumat əldə etdiyini söyləyib:


"Ümumiyyətlə, "NKVD-nin qəbiristanlığı” deyilən ifadəni indi eşidirik. Bu sahədə uzun müddət çalışmağıma baxmayaraq, bizə güllələnənlərin  orada  basdırılması haqda bir söz deyilməyib. Ola bilsin Sibir çöllərində elə bir şey olub. Tutaq ki, Hüseyn Cavidin qəbri olub və onun nəşini Azərbaycana gətiriblər. Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların aşkarlanması zamanı "NKVD qəbiristanlığı” sözü də bizim üçün yenidir.
Həmin dövrdə kimlərin güllələndiyi aydındır. Amma konkret olaraq orada kimlərin  basdırıldığını kimsə deyə bilməz. Çalışdığımız müddətdə bu barədə bizə heç nə deyilməyib”.. 


İlham İsmayıl həmin ərazi ilə bağlı maraqlı təklif də irəli sürüb:


"29 min azərbaycanlı repressiya qurbanı olub. Ona görə də həmin ərazidə digər repressiya qurbanlarının da qalıqlarını aşkarlamaq olar. Mədəniyyət, Səhiyyə nazirlikləri ekspertiza institutları ilə birgə bu işi apara bilər.

Eyni zamanda, həmin ərazi ilə bağlı maraqlı bir təklif də irəli sürmək olar. Məsələn, 1918-ci ildə Quba soyqırımı zamanı ermənilər tərəfindən azərbaycanlılar qətlə yetirilib. Məhz həmin ərazi aşkarlanandan sonra orada soyqırımı abidəsi ucaldıldı. Həmin ərazi "Quba məzarlığı” adlanır. İndi isə repressiya qurbanlarının qalıqları aşkarlanıb. Yaxşı olar ki, həmin ərazidə repressiya abidəsi ucaldılsın. Həmin yeri muzey halına gətirmək olar”.


Prezidentin tapşırığına əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək.

Əgər qalıqların həqiqətən şairə məxsus olduğu təsdiqini taparsa, onun yenidən dəfn olunması ilə zəruri tədbirlər görüləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol