Rihanna Trampa qadağa qoydu
Məşhur dünya ulduzu Rihanna ABŞ prezidenti Donald Trampın tərəfdarlarının mitinqdə onun mahnısını səsləndirməsinə kəskin şəkildə etiraz edib.
Rihanna bu barədə Tvitter səhifəsində yazıb.
"Bundan sonra nə mən, nə də mənim adamlarım nə belə mitinqlərdə iştirak edəcəyik, nə də onun yanında olacağıq".
Rihannanın "Don’t stop the music" mahnısı Tennesi ştatındakı siyasi tədbirdə səsləndirilib. Jurnalist Filip Raker bu barədə Tvitterdə yazıb:
"Milyon dəfə deyilib ki, Trampın mitinqləri siyasətdə heç nəyə oxşamır. Hazırda Rihannanın "Don’t stop the music" mahnısı Çattanuqda səsləndirilir. Asistentlər isə Trampın köynəklərini kütləyə pulsuz paylayırlar"./olke.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox