• $
  • £

Yeni icra başçısının yerinə təyinat oldu (FOTO)

Yeni icra başçısının yerinə təyinat oldu (FOTO)
05.11.2018 20:27
Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyinatı olub.


"Report"un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb. 


Əmrə əsasən, bu vəzifəyə Cəlil Bəhram oğlu Məlikov təyin edilib.


Qeyd edək ki, C.Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub. 1990-2000-ci illərdə 189 nömrəli məktəbdə təhsil alıb, 2004-cü ildə isə Bakı Dövlət Universitetini "Turizm və sosial mədəni servis xidməti” ixtisası üzrə bitirib.


C.Məlikov 2002-2004-cü illərdə "Space” müstəqil teleradio şirkətində rejissor, 2004-2005-ci illərdə "ABC Construction” şirkətində satış və marketinq üzrə menecer və 2005-2006-cı illərdə "Hyatt Regency Baku” mehmanxanasında müxtəlif vəzifələrdə işləyib.


2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsində sektor müdiri və Nazirliyin Protokol sektorunun müdiri vəzifələrində çalışıb.


2018-ci ilin avqust ayında mədəniyyət nazirinin köməkçisi vəzifəsinə təyin edilib.


Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2016-cı ildə "Tərəqqi” medalı ilə təltif edilib.


Ailəlidir, 2 övladı var. 


Xatırladaq ki, Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinə bu təyinatadək Vüqar Zeynalov rəhbərlik edib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə başçısı təyin edilib. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Siyasət 19:39
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Siyasət 23:27
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Siyasət 19:24
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
Siyasət 19:38
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
İlham Əliyev görüşlər keçirdi - Foto
Siyasət 19:24
İlham Əliyev görüşlər keçirdi - Foto
Liderlərin görüşü başladı - Fotolar
Siyasət 22:12
Liderlərin görüşü başladı - Fotolar
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Siyasət 18:54
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Siyasət 21:16
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Siyasət 23:48
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol