• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Avropada hər gün 13 uşaq vərəmdən ölür

Avropada hər gün 13 uşaq vərəmdən ölür
06.11.2018 13:20
Hər il dünyada vərəm və QİÇS-lə xəstələnmə, buna müvafiq olaraq da ölüm halları 12-13 faiz artır.

Anews.az report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə nümayəndəsi Sayohat Həsənova "Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma" mövzusunda keçirilən elmi-praktiki konfransda deyib.

O bildirib ki, 2016-ci ilin rəqəmlərinə əsasən Avropa regionunda 290 min insan vərəmə yoluxub: "Onlardan 32 mini uşaq, 87 mini isə qadındır. Hər 20 dəqiqədən bir regionda vərəmdən 1 nəfər, hər gün isə 13 uşaq vərəmdən vəfat edir".


ÜST rəsmisi deyib ki, Avropa regionunda vərəmlə xəstələnmə göstəriciləri 100 min əhaliyə 32 nəfər təşkil edir: "Dünya üzrə ötən illərin müqayisəsi onu göstərir ki, Avropda İİV infeksiyasının yayılması artır. ÜST-nin məqsədi 2020-ci ilə qədər dərmana davamlı vərəmin müalicəsini 75 faizədək artırmaqdır. Çünki 100 faiz vərəmli xəstənin 80 faizi İİV müayinəsindən keçir və onlardan 70 faizində ikili virus (həm İİV, həm də vərəm) aşkarlanır. Onlardan 65 faizi antiretravirus terapiyası alır. Bu da uğurlu nəticəyə səbəb olur".

S.Həsənova vurğulayıb ki, vərəmin müalicəsi zamanı xəstənin stasionarda olmaması effektiv nəticə verə bilər: "Stasionarla müalicədənsə ambulator müalicə xəstə üçün daha effektli olur. Bu eyni zamanda xəstəyə maddi baxımından da kömək edir. Stasionar günlərinin azalması digər infeksiyaların yoluxması ehtimalını azaldır".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pezeşkian Netanyahunun iranlıları etiraza çağırmasını pisləyib
Dünya 20:10
Pezeşkian Netanyahunun iranlıları etiraza çağırmasını pisləyib
Türkiyədə yenidən zəlzələ olub
Dünya 20:00
Türkiyədə yenidən zəlzələ olub
Tramp Zelenski və Avropa liderlərinə zəng edib
Dünya 19:58
Tramp Zelenski və Avropa liderlərinə zəng edib
İsrail Baş Qərargahı Qəzzaya hücumla bağlı qərar verib
Dünya 19:31
İsrail Baş Qərargahı Qəzzaya hücumla bağlı qərar verib
Polşa Belarusun dialoqu bərpa etmək təklifini rədd edib
Dünya 17:03
Polşa Belarusun dialoqu bərpa etmək təklifini rədd edib
ABŞ Rusiyaya sanksiyaları artıra bilər
Dünya 16:44
ABŞ Rusiyaya sanksiyaları artıra bilər
Türkiyədə mənzil alan Azərbaycan vətəndaşlarının sayı artıb
Dünya 16:39
Türkiyədə mənzil alan Azərbaycan vətəndaşlarının sayı artıb
Türk lirəsi yeni tarixi rekorda imza atıb
Dünya 14:20
Türk lirəsi yeni tarixi rekorda imza atıb
Hindistanda yol qəzasında 11 nəfər ölüb
Dünya 12:13
Hindistanda yol qəzasında 11 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol