• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021237
  • ₺ 0.0398
  • £ 2.2709

Azərbaycanda bu şəxslərdən vergi alınmayacaq - RƏSMİ

Azərbaycanda bu şəxslərdən vergi alınmayacaq - RƏSMİ
16.11.2018 12:50
Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 2019-cu ildə Vergilər Məcəlləsində gözlənilən mühüm dəyişikliklər barədə məlumat verib.

Anews.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib ki, təklif olunan paket dəyişikliklər bir neçə mühüm istiqaməti müəyyən edib: "Bu da vergidən yayınmanın, kölgə iqtisadiyaytının miqyasının azaldılması sahibkarlığın inkişafının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsidir. Belə ki, 2016- cı ildə muzdlu işlə əlaqədar onların uçota və qeydiyyata alınması ilə bağlı ölkə prezidenti tərəfindən mühüm sərəncam imzalanmışdı. Burada 30-40-a qədər istiqamət müəyyənləşmişdi. Həmin tədbirlərin planının əsas istiqamətlərindən biri olan kölgə iqtisadiyyatı olaraq onların uçota alınması üzərində işlənilməyə başlandı. Heç kimə sirr deyil ki, əmək müqavilərinin bağlanmaması, əməkhaqqının göstərilməməsi mühüm faktdır.

Bu kölgə iqtisadiyyataının genişlənməsinə ən çox şərait yaradır. Qeyd edim ki, bir qrup vergiödöyiclərinin 65 faizi sadələşdirilmiş vergi ödəyicilərdir. Burada baş verən qanunsuzluqlar nəticə etibarilə bu sahəyə bu güzəştlərin edilməsi məsələsini önə çəkdi. Təklif olunur ki, bu sahəyə 7 il müddətinə güzəşt edilsin.

Digər sahələri, yəni, neft sektorunu olduğu kimi saxlayırıq. Yəni, mövcud status kvoda saxlanılır.

Əgər biz bu günə kimi 200 manatdan 173 manat çıxıb fərqini vergiyə cəlb edirdiksə, bu dəfə 200 manatın 26 faizi vergiyə cəlb ediləcək".

Qeyd edək ki, Vergilər Məcəlləsinə dəyişiklik vergiyə cəlb olunan məbləğin həcminin dəyişdirilməsi ilə bağlıdır. Burada aylıq əməkhaqqı 8 000 manatadək olan vətəndaşlarımızda gəlir vergisi 0 səviyyəsində müəyyənləşdirilir və təklif edilir. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində müəyyənləşdirilməsi təklif edilir.

Əmək haqqı ilə bağlı iki ödəniş növü - fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta ödənişlərinin vahid olması təklif edilir.

Mövcud qanunvericiliyə görə, 173 manata qədər olan əməkhaqqlarında fiziki şəxslərin gəlir vergisi 0%, 2 500 manata qədər olan əməkhaqqıya görə fiziki şəxslər üçün 14%, 2 500 manatdan yuxarı olanlar üçün 25% gəlir vergisi nəzərdə tutulur.

Hər bir əməkhaqqıya ümumilikdə 26% sosial ödəniş yükü də var. Yeni islahatın təklif olunan formatında vahid vergi yükü müvafiq olaraq rəqəm 2 500 manatdan 8 000 manata qədər artırılır, fiziki şəxslərin 14%-lik gəlir vergisi isə 0% təklif edilir. Aylıq əməkhaqqı 8 000 manatdan yuxarı məbləğ isə 25%-dən 14%-ə endirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank-dan bayram sürprizi: metroda gediş haqqına 50% endirim edildi
İqtisadiyyat 16:58
Birbank-dan bayram sürprizi: metroda gediş haqqına 50% endirim edildi
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
İqtisadiyyat 16:55
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
İranın Azərbaycandan məhsul idxalı azalıb
İqtisadiyyat 16:25
İranın Azərbaycandan məhsul idxalı azalıb

Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
İqtisadiyyat 15:20
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda 6 faydalı qazıntı yatağı hərraca çıxarılır
İqtisadiyyat 14:44
Azərbaycanda 6 faydalı qazıntı yatağı hərraca çıxarılır


Bu il dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
İqtisadiyyat 11:59
Bu il dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb
İqtisadiyyat 16:30
Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb
Azərbaycanın cari əməliyyatlar hesabında profisit azalıb
İqtisadiyyat 14:21
Azərbaycanın cari əməliyyatlar hesabında profisit azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol