• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

5 min manat rüşvət vermədi, işsiz qaldı – İSMAYILLIDAN ŞİKAYƏT

5 min manat rüşvət vermədi, işsiz qaldı – İSMAYILLIDAN ŞİKAYƏT
29.05.2020 09:42
İsmayıllı Regional Mədəniyyət idarəsinin rəisi sınaq müddətinə götürdüyü işçilərdən rüşvət istəyir. Rüşvət verməyənləri isə sıxışdıraraq işdən çıxardır bunu   Anews.az-a açıqlamasında adının çəkilməsini istəməyən, İsmayıllı Regional Mədəniyyət idarəsinin keçmiş məsləhətçisi deyib.

"Əvvəl müvəqqəti müqavilə ilə İsmayıllı Regional Mədəniyyət idarəsində kargüzar kimi işləməyə başladım.  Sonra Dövlət qulluğuna hazırlaşdım və Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan keçmək istədim. Mənim dövlət imtahanına gedəcəyimi idarənin rəisi Elnur Hüseynov biləndə kəsiləcəyimi deyərək imtahana getməməyimə çalışırdı.  Hətta həmin idarədə məsləhətçi işləyən Şamo Nuğayev imtahana getməmişdən öncə mənə təkidlə bildirdi ki, gedib kəsiləcəksən. Ona görə,   indidən 5 min manat ver Mədəniyyət Nazirliyində tanış əməkdaş var ona verək , tapşırsın kəsilmə. Halbuki, müqavilə ilə işələməyə başlayanda  Şamo Nuğayev məndən 200 manat şirinlik  almışdı”, - deyə xanım bildirir.

Onun sözlərinə görə,  5 min manatı vermədiyindən  idarənin rəisi Elnur Hüseynov, rəis müavini Azər Abbasov və məsləhətçi Şamo Nuğayev onu sıxışdırmağa başlayıb. Hətta Şamo Nuğayev ona deyib ki,  5 min manat verməsə barəsində  nazirliyə iki məktub yazacaq və bununla karyerasına son qoyulacaq.  İdarənin rəisi Elnur Hüseynov olmasına  baxmayaraq bütün fırıldaqlar Şamo Nuğayevın və Azər Abbasovun  əli ilə edilirmiş.

Xanımın sözlərinə görə, özünü   DTX-nın işçisi kimi təqdim edən Nuğayev hətta idarənin işçilərini  DTX əməkdaşı kimi sorğu-sual edirmiş. Onun poçtda işləyən atası Rəhman Nuğayev isə onunla razılaşmayan məmurları şantaj edir  və ya dövlət qurumlarına barələrində şər-böhtan xarakterli ərizələr yazır.  " Rəhman Nuğayev mənim haqqında da bəzi qurumlara ərizə yazıb və yalandan bildirib ki, guya dini qruplaşmalara xidmət edirəm. Hətta idarənin rəisi Elnur Hüseynovu təkid edir ki, onu burdan qovun”, - deyə xanım əlavə edir.

Xanım vurğulayır ki, Rəhman Nuğayevın rayonda bir neçə adamlar haqqında  dövlət qurumlarına şikayət edərək tutduraçağı haqqında səs yazısı var. Hətta ata Nugayev İsmayıllı rayonunun rüşvətə görə  həbs olunan prokuroru ilə əlbir olub və bu münasibətə görə də həmin prokuror şikayətimizə baxmadı.

Xanımın sözlərinə görə, 5 min manatı vermədiyindən  idarə rəhbərliyi onu işdən azad edib. Azad olunma sənədində isə qeyd olunub ki,  guya o, daxili qayda-qanunlara riayət etməyib, rəhbərliyin işlə bağlı göstərişlərini yerinə yetirməyib."Əgər bu belə idisə niyə işlədiyim zaman mənə hansısa rəsmi xəbərdarlıqvə ya şiddətli töhmət verilməyib”, - deyə xanım söyləyir.
 
Anews.az olaraq İsmayıllı Regional İdarəsinin rəisi və adları çəkilən digər əməkdaşları ilə əlaqə saxladıq.

İsmayıllı Regional Mədəniyyət idarənin rəisi Elnur Hüseynov söylədi ki, şikayətçi olan xanım əmək təcrübəsi müddətini uğurla başa vura bilmədiyindən  onun əmək müqaviləsinə xitam verilib. "Onu işdən mən çıxarmamışam. Azad olunma təqdimatını mən yox  mənim müavinim Azər Abbasov verib. Mən o xanıma məsləhət gördüm ki, əgər təqdimat qanunsuzdursa məhkəməyə müraciət etsin. Amma o, dava-dalaşla işdə qalmaq istəyir. İmtahana getməməsində israr etməyimin səbəbi isə odur ki, idarədə davası düşmüşdü. Dedim ki, qəsdən kəsərlər getməsin”, - deyə rəis vurğulayıb.

İsmayıllı Regional Mədəniyyət idarəsinin rəis müavini Azər Abbasov isə bildirdi ki, xanımın işdən çıxarılmasının səbəbi idarənin daxili qayda qanunlarını pozması olub. "İşçilərlə yola getmirdı. Rəisin əmrini tanımırdı. Hətta bir dəfə idarə rəisi Elnur Hüseynovun qapısını çırpıb”.

Abbasovun sözlərinə görə, bu məsələ ilə bağlı Hüquq və Daxili Nəzarət şöbəsinin müdiri Namiq Qulamov, Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli ilə görüş keçirib və xanımın işdən azad olunması qənaətinə gəlinib.

İsmayıllı Regional Mədəniyyət idarəsinin məsləhətçisi Şamo Nuğayev isə dedi ki, xanımın 200 və 5 000 manat rüşvətlə bağlı şikayəti polis və prokurorluq orqanları tərəfindən araşdırılıb və ittihamın əsassız olduğu bəlli olub. "Mənim onun işdən çıxarılmasında heç bir rolum olmayıb.  Atama görə də  məsuliyyət  daşımıram”, deyə Nuğayev bildirib.

200 manat verərək  işə düzəldiyini və sonra 5 min manat vermədiyindən işdən çıxarıldığını iddia edən İsmayıllı rayin Mədəniyyət İdarəsinin əməkdaşı  ona qarşı ədalətsizliyə yol verildiyini deyir və yuxarı təşkilatlatlardan onun işə bərpasına yardımçı olmalarını xahiş edir.
 
İdarə rəhbərlərinin sözlərindən isə , onların xanımı işə bərpa etməyə  hazırlaşmadıqları bəlli olur.
Zaur Qənbərov
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıya ilk qar yağıb - FOTOREPORTAJ
Cəmiyyət 12:17
Bakıya ilk qar yağıb - FOTOREPORTAJ
Məktəblərdə ilk dərs günü - FOTOLAR
Cəmiyyət 11:55
Məktəblərdə ilk dərs günü - FOTOLAR
Bu gün Azərbaycanda Aşura günüdür - FOTO/VİDEO
Cəmiyyət 12:08
Bu gün Azərbaycanda Aşura günüdür - FOTO/VİDEO
Polisdə vəzifə tutan məmur qohumları hamısı yaxşı oğlanlardır - MÜSAHİBƏ- VİDEO
Cəmiyyət 11:50
Polisdə vəzifə tutan məmur qohumları hamısı yaxşı oğlanlardır - MÜSAHİBƏ- VİDEO
Əhməd Ağaoğlunun Şuşada ev muzeyi açılmalıdır - Kərim Kərimli ilə müsahibə- BİZİM QONAQ
Cəmiyyət 15:25
Əhməd Ağaoğlunun Şuşada ev muzeyi açılmalıdır - Kərim Kərimli ilə müsahibə- BİZİM QONAQ
Yay məktəblərində qiymətlər necə tənzimlənməlidir?- FOTO/ VIDEO
Cəmiyyət 18:41
Yay məktəblərində qiymətlər necə tənzimlənməlidir?- FOTO/ VIDEO
Mübariz Mənsimovun
Cəmiyyət 14:40
Mübariz Mənsimovun "General Polad Həşimov” gəmisi dənizdə - VİDEO
Arzuları nakam, yaddaşlarda isə əbədi qalan şəhid futbolçu - VİDEO
Cəmiyyət 22:06
Arzuları nakam, yaddaşlarda isə əbədi qalan şəhid futbolçu - VİDEO
Partiya sədri:
Cəmiyyət 09:51
Partiya sədri: "Prezidentlə görüşsəm deyərəm ki..." - MÜSAHİBƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol