• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Ekspert: “Rusiya 2 ildən sonra SSRİ-nin taleyini yaşayacaq”

Ekspert: “Rusiya 2 ildən sonra SSRİ-nin taleyini yaşayacaq”
25.10.2014 11:36

Rusiyalı politoloqlar “Rusiyalılar 2015-ci ildən nə gözləməlidirlər?” mövzusunda geniş mətbuat konfransı keçirərək öz ölkələrinin gələcəyi ilə bağlı bədbin fikirlər səsləndirib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, konfans iştirakçısı, “Yabloko” Partiyasının sədri Sergey Mitroxinin fikrincə, ölkəsinin xaricdən idxalı daxili bazar hesabına əvəzləyə bilmək potensialına inanmaq sadəlövlükdür və son 20 ildə xammal ölkəsinə çevrilən Rusiyanın bu yoldan çəkilməsi inandırıcı deyil.

Rusiya Sahibkarlar və İcarədarlar İttifaqının prezidenti Andrey Buniç isə deyib ki, Qərb Rusiya rəhbərliyini qorxutmamaq üçün qəsdən sakitləşdirir: “Qərbdə qəsdən hər şeyin, o cümlədən enerji daşıyıcılarının qiymətlərinin yüksək olacağı ilə bağlı proqnozlar verilər ki, Rusiya rəhbərliyini təlaşa salmasınlar. Lakin onlar artıq çoxdan hesablayıblar ki, 2, ola bilsin 3 ildən sonra indiki neft qiymətləri hesabına Rusiya iqtisadiyyatını çökdüürsünlər”. 

Buniçin sözlərinə görə, Rusiya iqtisadiyyatının indiki ağır durumu Qərb sanksiyalarının deyil, Rusiya siyasi rəhbərliyinin qeyri-effektiv idarəetməsi ilə bağlıdır: “Bizdə sabit iqtisadiyyat yoxdur və hər şey neft pulları hesabına örtülür. Kim hakimiyyətə loyaldırsa, ona büdcədən pul verilir. Hətta “Rosneft”də pul istəyir. Əvvəl-axır belə iqtisadiyyat dalana dirənəcək”.

Andrey Buniç fikrini davam etdirərək enerji daşıyıcılarının qiymətlərinin yaxın 10 ildə hazırkı səviyyədə qalacağını və Rusiyanın yaxın bir neçə il ərzində parçalanacağını proqnozlaşdırır: “Qərb politoloqları hələ 6 il əvvl Rusiyanın parçalanacağı ilə bağlı proqnoz verirdilər. Lakin bu parçalanma daha tez baş verəcək. 6 il yox, 2-3 il ərzində. Valyuta, büdcə və bank sistemindəki böhran ani məqamda hər şeyi iflasa apara bilər. 1991-ci ildə heç kim SSRİ-nin çökəcəyinə inanmırdı. Lakin bu baş verdi. İndi də eyni vəziyyətdir”.

Təhlilçi-professor İqor Nikolayev da ümumi bədbin əhval-ruhiyyəni bölüşür: “İndi pulları dollarla da saxlamaq heç nəyi sığorta etmir. Siz, sadəcə olaraq öz pulunuzu bankdan ala bilməyəcəksiniz. Yeni ildən Mərkəzi Bank da rublun məzənnəsini indiki səviyyədə saxlaya bilməyəcək”.

Onun fikrincə, bütün imkanlı şəxslər öz vəsaitlərini Rusiya banklarından çıxarıblar. Bundan zərərçəkən isə sadə rus vətəndaşları olacaq. Rusiyalı ekspert belə fikirləşir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Dünya 22:00
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
“Parisin son kraliçası” vəfat edib
Dünya 21:30
“Parisin son kraliçası” vəfat edib
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Dünya 20:06
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Alyaskada güclü zəlzələ baş verib
Dünya 19:30
Alyaskada güclü zəlzələ baş verib
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Dünya 19:00
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Xerson vilayətində Yeni il gecəsi dron hücumu nəticəsində 24 nəfər ölüb
Dünya 16:13
Xerson vilayətində Yeni il gecəsi dron hücumu nəticəsində 24 nəfər ölüb
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
Dünya 14:10
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
Dünya 14:00
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Dünya 11:15
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol