• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycan XİN-dən Sarkisyana - Cavab

Azərbaycan XİN-dən Sarkisyana - Cavab
24.10.2014 21:08
“Serj Sarksiyanın dövlət idarəçilik metodu bütün meyarlar üzrə hərbi diktaturanın ən ifrat nümunəsidir”.

“Qafqazinfo”nun məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti S.Sarkisyanın “New York Times” qəzetinin Ermənistana aid reklam bölməsində 23 oktyabr tarixində verdiyi müsahibəsini şərh edərkən bildirib:“İfrat millətçi, irqçi və şovinist xarakterli çıxışlar edərək, əslində Ermənistanın öz daxilində mövcud olan problemlərdən fikri yayındırmağa və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllinə əngəl yaratmağa çağıran Ermənistan prezidenti Serj Sarkisyana bunları xatırlatmaq istərdik: Serj Sarkisyanın dövlət idarəçilik metodu bütün meyarlar üzrə hərbi diktaturanın ən ifrat nümunəsidir. Ermənistan ictimaiyyəti tərəfindən bu idarəçilik üsulu və siyasi sistem hətta kriminal-oliqarx xarakterli hərbi diktatura rejimi adlandırılır”.H.Hacıyev deyib ki, Ermənistanda 2008-ci il prezident seçkilərindən sonra dinc nümayiş iştirakçılarının odlu silahdan atəşə tutulmasını əmr edən və erməni müxalifətinin iddia etdiyi kimi “kriminal qaydalar” əsasında öz rəqiblərinin qətlini sifariş edən S.Sarkisyanın yürütdüyü siyasət nəticəsində Ermənistanın əhalisinin 40 faizindən çoxu ifrat yoxsulluq səviyyəsində yaşayır və demoqrafik fəlakət astanasında olan bu ölkənin xarici borcları ümumi daxili məhsulu bir neçə dəfə üstələyir: “İnsanlığa qarşı cinayət əməllərinə görə bilavasitə məsuliyyət daşıyan və faşizm ideologiyası əsasında irqçi “etno-dini Nzhdehiszm”i - “erməni xalqının etnik üstünlüyü”nü - rəhbərlik etdiyi respublika partiyasının və dövlət siyasətinin hakim irqçi ideologiyası elan edən, öz ölkəsinin gənclərini qonşu xalqlarla gələcək müharibəyə səsləyən Serj Sarkisyanın sülhdən danışmağa nəinki siyasi-hüquqi, hətta əxlaqi-mənəvi haqqı yoxdur”.XİN rəsmisi bildirib ki, regional sülh və təhlükəsizlik üçün ən başlıca təhlükə Ermənistanın Azərbaycana qarşı təcavüzüdür. Ermənistan Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi gücdən istifadə edərək ərazilərinin 20 faizini işğal etməklə, BMT nizamnaməsi və işğal olunmuş ərazilərdə və Ermənistan ərazisində Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə və insanlığa qarşı cinayət törətməklə beynəlxalq humanitar hüququ kobud şəkildə pozub: “İşğal, təcavüz və insaniyyətə qarşı cinayət əməllərinə görə müasir beynəlxalq hüquqda dövlətlərin və hətta fərdlərin məsuliyyəti aydın şəkildə müəyyən olunub. Bu əməllərə görə Ermənistan və onun indiki rəhbərliyi birbaşa məsuliyyət daşıyır”.H.Hacıyev qeyd edib: “BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrini təhrif etməyə çalışan Ermənistan prezidentinin yaddaşını bir daha təzələmək istərdik. BMT baş katibinin bu qətnamələrlə əlaqədar 1994-cü il 31 oktyabr tarixli SG/SM/5460 saylı bəyanatında deyilir: “BMT-nin mövqeyi TŞ tərəfindən qəbul edilmiş qətnamələrdə əks olunan dörd prinsipə əsaslanır. 1-ci prinsip Azərbaycanın ərazi bütövlüyüdür. 2-ci prinsip beynəlxalq sərhədlərin toxunulmazlığıdır. 3-cü prinsip ərazi əldə etmək üçün zordan istifadənin qəbuledilməzliyidir. 4-cü prinsip bütün xarici qoşunların dərhal və qeyd-şərtsiz bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasıdır”.Onun sözlərinə görə, Azərbaycan tərəfindən böyük sülh sazişinin imzalanması və strukturlaşdırılmış əsasda və predmetli şəkildə danışıqların aparılmasının gündəmə gətirilməsi ilə çıxılmaz vəziyyətə düşən Ermənistan prezidenti və xarici işlər naziri son günlər yalnız bəhanələr və əsassız ittihamlara üz tutublar: “Ermənistan məqsədyönlü şəkildə texniki məsələləri gündəmə gətirməklə, diqqəti münaqişənin əsl mahiyyətindən yayındırmağa çalışır. Sözdə “münaqişənin sülh yolu ilə həllini”, “ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini” dəstəklədiyini deyən Ermənistan real olaraq münaqişənin həlli üçün heç bir addım atmayb. Münaqişənin həllinə nail olmaq üçün isə ilk növbədə Ermənistan öz silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Siyasət 18:30
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Siyasət 17:59
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Siyasət 13:42
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Siyasət 12:00
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol