• $ 1.7
  • € 1.9874
  • ₽ 0.021662
  • ₺ 0.0399
  • £ 2.2728

Azərbaycanda bu vətəndaşlara pulsuz mənzillər veriləcək

Azərbaycanda bu vətəndaşlara pulsuz mənzillər veriləcək
24.11.2018 16:31



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kürdəmir və Ağsu rayonlarında yeni fərdi yaşayış evlərini şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.

Nazirlikdən BiG.AZ-a verilən məlumata görə, yeni evlərlə təmin olunan şəhid ailəsi üzvləri Əsnayə Mütəllimova və Gülağa Musayev, Qarabağ müharibəsi əlilləri Habil Rzayev, Anar Əhmədov, Zaur Məmmədov, Teymur Əliyev göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.


Onlar şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılması, sosial təminatlarının artırılması üçün aparılan işlərdən, eyni zamanda dövlət başçısının müvafiq fərmanı ilə şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsindən razılıqla söz açıblar.

Evlərin təqdim olunması zamanı sosial cəhətdən həssas qrupların, o cümlədən şəhid ailələrinin, müharibə əlillərinin etibarlı sosial müdafiə sistemi ilə əhatə olunduqları vurğulanıb, onlara yönələn dövlət qayğısından bəhs olunub.

Bildirilib ki, mühüm sosial proqramlardan biri də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsidir və bu istiqamətdə işlər ildən-ilə gücləndirilir. Bu ilin avqust ayında Bakının Qaradağ rayonunda daha 35mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.

Prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cari ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, yəni cari ildə 600-ə yaxın mənzilin həmin insanlara verilməsinə imkan yaradıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 10:40
Azərbaycan nefti cüzi bahalaşıb
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
İqtisadiyyat 22:58
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
Yeni qaydadan sonra işçilər ayda 2 dəfə maaş ala biləcək
İqtisadiyyat 17:16
Yeni qaydadan sonra işçilər ayda 2 dəfə maaş ala biləcək
Əhalinin banklardakı əmanətlərinin həcmi artıb
İqtisadiyyat 15:36
Əhalinin banklardakı əmanətlərinin həcmi artıb
11 ayda dəmir yolu ilə yük daşımaların həcmi artıb
İqtisadiyyat 15:35
11 ayda dəmir yolu ilə yük daşımaların həcmi artıb
Gürcüstan Cənubi Qafqazda neytral dialoq platforması təklif edir
İqtisadiyyat 15:14
Gürcüstan Cənubi Qafqazda neytral dialoq platforması təklif edir
Azərbaycanda işsizlik göstəriricləri - hər iki nəfərdən biri qadındır
İqtisadiyyat 14:54
Azərbaycanda işsizlik göstəriricləri - hər iki nəfərdən biri qadındır
Adambaşına düşən aylıq ticarət xərcləri artıb
İqtisadiyyat 14:34
Adambaşına düşən aylıq ticarət xərcləri artıb
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
İqtisadiyyat 14:24
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol