• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Avropa çempionatı Azərbaycanda

Avropa çempionatı Azərbaycanda
24.10.2014 18:18
AVRO-2017-nin həlledici matçları Azərbaycan və Gürcüstanda keçiriləcək. ANS PRESS-in məlumatına görə, bu haqda qərar Avropa Voleybol Konfederasiyasının Antalyada keçirilən konqresində qəbul edilib.Yarışın böyük hissəsinə ölkəmiz sahiblik edəcək. Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları paytaxtımızda gerçəkləşəcək.Konqresdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev Bakıda keçiriləcək final oyunları haqqında məlumat verərək bildirib ki, ən əsası Azərbaycan Respublikasının, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev namizədliyimizi dəstəkləyib: “Ölkə rəhbəri Azərbaycanda keçirilən bütün tədbirlərə diqqət və qayğı göstərir. Azərbaycan bu tədbirlərin yüksək səviyyədə keçirilməsinə həmişə hazırdı”.Konqresdə səsvermə zamanı iştirakçılarının əksəriyyəti Azərbaycanın namizədliyini dəstəkləyib.Qeyd edək ki, indiyədək ölkəmizdə komanda idman növlərində böyüklər arasında Avropa və dünya çempionatı keçirilməyib. 2017-ci ildə gerçəkləşəcək bu ilk Azərbaycan voleybolunun hesabına yazılacaq. 2020-ci ildə isə futbol üzrə qitə çempionatının matçları Bakıda təşkil olunacaq.Yeri gəlmişkən, qadın voleybolçular arasında Olimpiya Təsnifat Turniri, Qran-Prinin mərhələ yarışda məhz federasiyanın səyi nəticəsində ölkəmizdə təşkil olunub. Həmçinin, “Top-komandalar”, CEV kubokunun və Çempionlar Liqasının “Dördlər finalı”na da ev sahibliyi etmişik.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol