Asim Mollazadə Süleyman Dəmirəli təbrik etdi
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirələ təbrik və təşəkkür məktubu göndərib. ANN.Az məktubun mətnini sizə təqdim edir:“Sizi “Süleyman Demirel Demokrasi ve Kalkınma Müze ve Külliyesi”nin açılması münasibətilə səmimi qəlbdən təbrik edirəm! Ayrıca, bu Türk milliyyəti üçün son dərəcə önəmli və gözəl olan bir hadisəyə mənim də şahidlik etməyimi istədiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.Sizin qardaş Türkiyə Cümhuriyyətinin inkişafında əvəzsiz xidmətləriniz danılmazdır. Siz təkcə Türkiyə üçün deyil, bütün Türk dünyası, Sovetlər Birliyindən ayrılaraq öz müstəqilliyini elan etmiş yeni Türk dövlətləri üçün də əlinizdən gələni əsirgəməmisiz. Ümidvaram ki, Sizin imzanız olan “Süleyman Demirel Demokrasi ve Kalkınma Müze ve Külliyesi” bütün Türk dünyası üçün önəmli bir məkan, ziyarətgah olacaq. Gələcək nəsillər bu məkandan Türkiyə tarix və mədəniyyətinin şərəfli bir dövrünü öyrənmək imkanı əldə edəcəklər!"ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmiyyət
20:30
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Cəmiyyət
20:00
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib