• $ 1.7
  • € 1.9767
  • ₽ 0.021982
  • ₺ 0.0399
  • £ 2.2619

Putin ABŞ-ın şərtinə münasibət bildirib

Putin ABŞ-ın şərtinə münasibət bildirib
05.12.2018 23:35
Rusiya Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Müqavilənin (OYMRM) pozulmasının əleyhinədir, ancaq ABŞ-ın onun icrasını dayandırmasına cavab verməli olacaq.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Mayk Pompeo tərəfindən bu məsələ ilə bağlı səslənidirlən fikirlərə şərh verərkən bildirib.
Onun sözlərinə görə, Amerika Konqresi OYMRM haqqında qərarının açıqlanmasından əvvəl müvafiq raketlərin yaradılması üçün pul ayırıb.
"Yəni qərar çoxdan qəbul edilib, amma bunu sakitcə ediblər. Düşünürdülər ki, bunu görməyəcəyik. Amma Pentaqonun büdcəsində artıq bu raketlərin hazırlanması yer alıb. Onlar yalnız bundan sonra müqavilədən çıxdıqlarını elan ediblər”, – V.Putin deyib.
Rusiya Prezidenti müqavilənin pozulacağı halda, buna cavab verəcəklərinə söz verib: "Sayları, yəqin ki, artıq onlarla olan bir çox başqa ölkələr belə silahlar istehsal edir. Rusiya və ABŞ isə bir-birlərini ikitərəfli qaydada məhdudlaşdırıb. Görünür, indi amerikalı tərəfdaşlarımız vəziyyətin çox dəyişdiyini, ABŞ-ın da belə silahlara malik olmasının zəruriliyini hesab edirlər. Cavabımız nə olacaq? Çox sadə: o zaman biz də bunu edəcəyik”. (Report.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Aşqabadda Qurbanqulu Berdiməhəmmədovla görüşüb
Dünya 23:08
Ərdoğan Aşqabadda Qurbanqulu Berdiməhəmmədovla görüşüb
Tramp və Modi ikitərəfli münasibətləri müzakirə ediblər
Dünya 20:37
Tramp və Modi ikitərəfli münasibətləri müzakirə ediblər
Ərdoğan Türkmənistana gedib
Dünya 18:33
Ərdoğan Türkmənistana gedib
Paşinyan Rusiyaya gedir
Dünya 10:09
Paşinyan Rusiyaya gedir
Tramp Ukraynada seçkilərin keçirilməməsindən narahatdır
Dünya 09:49
Tramp Ukraynada seçkilərin keçirilməməsindən narahatdır
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
Dünya 00:10
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
FED faiz dərəcələrini yenidən endirib
Dünya 23:48
FED faiz dərəcələrini yenidən endirib
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
Dünya 22:53
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Dünya 22:14
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol