• $ 1.7
  • € 1.9767
  • ₽ 0.021982
  • ₺ 0.0399
  • £ 2.2619

“SOCAR”da yetişən nazir və məmurlar – SİYAHI

“SOCAR”da yetişən nazir və məmurlar – SİYAHI
07.12.2018 13:27
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) - dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında birbaşa iştirak edən şirkət eyni zamanda onlarla nüfuzlu məmur üçün sözün yaxşı mənasında məktəb olub. Təsadüfi deyil ki, hazırda müxtəlif nazirliklərə və dövlət qurumlarına rəhbərlik edən şəxslərin bir çoxu peşəkar karyerasına məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətində başlayıb.

azxeber.com "SOCAR”da peşəkar karyeraya başlayan yüksək vəzifəli məmurlarla bağlı araşdırma aparıb.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov 1970-2005-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Burada adi mühəndisdən idarə rəisi, şirkətin birinci vitse-prezidenti vəzifəsinə qədər yüksəlib. Şirkətdə sonuncu iş yeri isə Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsi olub.

İqtisadiyyat naziri, Tarif Şurasının sədri Şahin Mustafayev 2003-2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 2003-2005-ci illərdə şirkətin baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidenti olub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 1999-2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 1999-2006-cı illərdə şirkətin Xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamentinin  böyük mütəxəssisi və müdiri vəzifələrində işləyib. 
 
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 1994-2010-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətdə Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, Azərbaycan Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində işləyib.
 

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 1989-2007-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətdə ilk iş yeri "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsi olub. 2006-2007-ci illərdə şirkətdə Sosial İnkişaf İdarəsinin rəisi və Azərbaycan Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti vəzifələrində işləyib.
 
Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, millət vəkili Kamran Nəbizadə 1993-1998-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışan K.Nəbizadə 2003-cü ildə yenidən yolunu "SOCAR”dan salıb və şirkətdə yüksək vəzifə daşıyıb.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də "SOCAR”ın yetirməsidir. 1980-1990-cı illərdə şirkətdə sıravi işçi kimi çalışan gələcək başçı 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifəsində işləyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol