• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Mehriban Əliyevaya orden verildi

Mehriban Əliyevaya orden verildi
22.10.2014 17:04
Oktyabr 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşü olub.ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni təqdim olunub.Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qubernator Aleksandr Jilkini Heydər Əliyev Fondunda salamlayaraq, Fond ilə Həştərxan vilayətini səmərəli əməkdaşlıq əlaqələrini birləşdirdiyini dedi. Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Həştərxanda bir sıra iri layihələr reallaşdırdığını qeyd etdi. Fondun təşəbbüsü və dəstəyi ilə Həştərxanda ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 saylı məktəb, uşaq bağçası, “Dostluq” körpüsü, uşaq əyləncə şəhərciyi, knyaz Vladimir abidəsi açılıb. Heydər Əliyev Fondunun prezidenti əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edərək, Azərbaycan və Rusiyanı möhkəm dostluq əlaqələrinin birləşdirdiyini söylədi. Qeyd edildi ki, siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət və təhsil sahəsində də münasibətlərin genişləndirilməsinə böyük diqqət yetirilir. Birinci xanım Mehriban Əliyeva Fondun layihələrinin Həştərxan vilayətinin qubernatorunun rəhbərliyi ilə həyata keçirildiyini bildirərək, Aleksandr Jilkinə təşəkkür etdi.Heydər Əliyev Fondunda təşkil edilən görüşə görə minnətdarlığını bildirən Aleksandr Jilkin Fondun Həştərxanda reallaşdırdığı layihələrin istiqamətinin düzgün seçildiyini vurğuladı. Qubernator qeyd etdi ki, bu layihələrin hamısı Həştərxan sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.Həştərxan vilayətinin qubernatoru Azərbaycan diasporunun fəaliyyətindən danışdı, bunun ölkələrimiz arasında mövcud dostluq əlaqələrini bir daha təsdiq etdiyini söylədi.Görüşdə Azərbaycan ilə Həştərxan arasında birbaşa aviareysin açılmasının vacibliyinə toxunuldu, Həştərxan sakinlərinin Azərbaycanı turist kimi ziyarət etmək arzuları qeyd edildi, Şahdağ, Naftalan kimi kurortların böyük maraq doğurduğu vurğulandı.Görüşdə Avropa Oyunlarına hazırlıq məsələləri də müzakirə edildi, Oyunların yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu. Oyunları izləmək üçün Həştərxandan ölkəmizə çoxlu sayda insanların gələcəyi bildirildi. Heydər Əliyev Fondunun xətti ilə Həştərxanda mədəni tədbirlərin keçirilməsinin mümkünlüyü qeyd edildi. Eyni zamanda, Azərbaycan ilə Həştərxan arasında balıqçılıq sahəsində əməkdaşlıq məsələsi diqqət mərkəzində oldu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyi ilə birgə nərə balıqları ilə bağlı layihənin həyata keçirilməsi müzakirə edildi.Aleksandr Jilkin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordenini və xatirə hədiyyəsini təqdim etdi.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Axtarışda olan şəxs Monteneqroda saxlanılıb
Cəmiyyət 23:47
Axtarışda olan şəxs Monteneqroda saxlanılıb
Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb
Cəmiyyət 23:00
Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Cəmiyyət 20:30
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Cəmiyyət 20:00
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 19:31
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Cəmiyyət 18:30
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılıb
Cəmiyyət 18:00
Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılıb
Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günü ilə bağlı təbrik paylaşımı edib
Cəmiyyət 15:43
Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günü ilə bağlı təbrik paylaşımı edib
AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb
Cəmiyyət 15:34
AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol