• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Federasiya prezidentinin qardaşı faciəvi şəkildə həlak oldu

Federasiya prezidentinin qardaşı faciəvi şəkildə həlak oldu
22.10.2014 16:22
Azərbaycanlı alpinist Himalay dağlarında bədbəxt hadisə ilə üzləşib Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu bu gün Himalay dağlarında faciəvi şəkildə həlak olub. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Nepal KİV-ləri məlumat yayıb. Məlumatda deyilir ki, Murad Aşurlu Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğrayıb.“Bu gün dağdan enərkən alpinistlərdən biri xəbərsiz itkin düşüb. O, 42 yaşlı azərbaycanlı Murad Aşurludur” - deyə Nepal KİV-ləri xəbər verir. Bildirilir ki, “7 zirvə” kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam dağının zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciəvi hadisə baş verib. Xəbərdə deyilir ki, Muradın qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu təcili olaraq Nepala uçub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Axtarışda olan şəxs Monteneqroda saxlanılıb
Cəmiyyət 23:47
Axtarışda olan şəxs Monteneqroda saxlanılıb
Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb
Cəmiyyət 23:00
Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Cəmiyyət 20:30
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Cəmiyyət 20:00
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 19:31
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Cəmiyyət 18:30
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılıb
Cəmiyyət 18:00
Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılıb
Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günü ilə bağlı təbrik paylaşımı edib
Cəmiyyət 15:43
Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günü ilə bağlı təbrik paylaşımı edib
AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb
Cəmiyyət 15:34
AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol