15 ildir səhnədən uzaqlaşan xalq artisti: "Hər şeyi unutmuşam" - VİDEO

Xalq artisti Safurə İbrahimova "ATV səhər" verilişinin komandasını evində qonaq edib.
Axşam.az-ın məlumatına görə, aktrisa illərdir efirdən uzaq qalmasından danışıb. 15 ildir səhnəyə çıxmayan S.İbrahimova proqramın əməmkdaşı Əli Novruzəliyevin suallarını cavablandırıb:
"Tamam unutmuşam hər şeyi... Yaddaşım pisləşib. Ən yaxşı rollarımı Hökümə xanımla qarşı-qarşıya canlandırmışam".
Qeyd edək ki, S.İbrahimova "Bizim Cəbiş müəllim", "Qayınana" filmlərindən tamaşaçılara tanışdır.
www.anews.az
Son xəbərlər
Daha çox 