Nəfəsin valideynləri ondan niyə imtina edib? – “Özümü yetim kimi hiss edirdim” – VİDEO

ARB TV-nin "Onun Sirri” verilişinin növbəti qonağı gənc müğənni Nəfəs Məmmədli olub.
İfaçı uşaq vaxtı valideynlərinin onu nənə-babasının himayəsinə verdiyini etiraf edib:
"Ailədə ilk övlad olmuşam. Valideynlərim məni əziyyətlə böyütməyə çalışıblar. O zamanlar rayonda yaşayırdıq, bacım daha sonra isə, qardaşım dünyaya gəldi. Artıq 3 uşaq olmağımız ailəmi çətinliyə saldı. Bəzən biz istəməsək də, maddi səbəblərdən övladımıza arzuladığımız həyatı yaşada bilmirik. Atam şəhərdə işləməyə getdi.
Daha sonra anamgili də yanına apardı. Nədənsə seçilən uşaq mən oldum. Məni nənəmlə babama verdilər, onlar sahibləndi. Bir neçə il ailəmi görmədim. Razılıq əsasında olsa da, boynu bükük idim. Elə bilirdim yetiməm”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















