• $ 1.7
  • € 1.7768
  • ₽ 1.8579
  • ₺ 0.0468
  • £ 2.1448

Rəqsanə təsdiqlədi: polis rəisi evini əlindən alır

Rəqsanə təsdiqlədi: polis rəisi evini əlindən alır
29.05.2020 02:20
Artıq bir neçə gündür müğənni Rəqsanə İsmayılovanın adı məmurla qalmaqalda hallanır.

Yayılan xəbərlərə görə, Qaradağ Rayon Polis İdarəsinin rəisi İbrahimov Əli Fərman oğlu ifaçının mənzilini əlindən almaq üzrədir. 


AZXEBER.COM bildirir ki, ifaçı yayılan xəbərlərə ilk dəfə ARB TV-də yayımlanan "Show news" verilişində aydınlıq gətirib. 


R.İsmayılova xəbərdə dərc olunan bütün məlumatları təsdiq edib. Müğənni həmin şəxsdən əvvəllər də sələmə pul aldığını və problem yaşamadığını bildirib:


"Hardasa 2014-cü ildə də belə bir problem olmuşdu. Mən o insana 2 otaqlı evi zamin qoydum və ondan 100 min dollar pul götürdüm, aybaay 3 min dollar pul ödəyirdim. 6 ay müddətində 100 min dolları bağladım, evimi dala qaytardım. Sözügedən 4 otaqlı evimi ona göstərdim. Həmin evə görə mənə Azərbaycan manatı ilə pul verdilər. Evimi girov qoyaraq, hər ay ona 12 min dollar ödəmişəm". 


Müğənni onu da əlavə edib ki, məlum inflyasiyadan sonra aylıq 12 min dollar ödəmək ona çətinlik yaradıb. O, qarşı tərəfdən aylıq faiz dərəcəsini 3-dən 2-yə endirilməsini xahiş edib. Qarşı tərəf razılığa gəlmədiyindən müğənni pulu dollarla ödəyə bilməyib və hazırda evi əlindən çıxmaq təhlükəsindədir.


R. İsmayılova iddia edir ki, qarşı tərəf qanunsuz yolla ona vəkil tutub və daha sonra məhkəmə keçirilib. Rəqsanənin isə nə ona tutulan "vəkil"dən, nə də məhkəmədən xəbəri olub.


Müğənninin iddiasına görə, onun evi qanunsuz yolla əlindən alınıb. O, xəbərdə qeyd olunan 419 min manat pulu həqiqətən də aldığını gizlətməyib və bu gün də həmin pulu müəyyən zaman çərçivəsində ödəməyə hazır olduğunu bildirib. Lakin müğənnidən faizlə 332 min dolları alan qarşı tərəf artıq evi müğənniyə qaytarmaqdan imtina edib.


R. İsmayılova dediyi bütün sözləri sübuta yetirmək üçün əlində yetərincə dəlil-sübut olduğunu da əlavə edib:


"Mən evimdə olanda həmin şəxs evimə gəlib. Ona faizi verən yerdə görüntülər var, kameralar çəkib. Həm də evimdə bütün səslər yazılır. O özü orada ağzı ilə deyir ki, Rəqsanə xanım, tək siz deyilsiniz, hazırda mənim nə qədər məhkəmələrim var. Mən də orada ona təklif edirəm ki, 3 faizlə vermisən, gəl 2 faizə endir. Məndən ev alan insan niyə mənimlə faiz söhbəti edir ki... Əlimdə videogörüntülərim var".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Mədəniyyət 13:26
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol