• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Qəbələdə dünya kuboku

Qəbələdə dünya kuboku
20.10.2014 13:47
"Qəbələ" Atıcılıq Klubu 21-28 oktyabr tarixlərində daha bir mötəbər turnirə - olimpiya atıcılıq növləri üzrə Dünya Kubokunun final yarışlarına (ISSF WORLD CUP FINAL 2014 ) ev sahibliyi edəcək.ANN.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yarış "Qəbələ" Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qəbələdə keçiriləcək.Sözügedən turnir Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur və bu səbəbdən medallar uğrunda mübarizə aparacaq ölkələrin sayı 40-a çatıb. Qonaqlar arasında Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya, baş katibi Frants Şrayber, Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisin və digər rəsmi şəxslər də olacaq.Dünya Kubokun finalı yarışları 7 mərhələdən ibərətdir və il ərzində Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı şəhərlərində (Qazaxstan) keçirilib. Güllə və stend atıcılığı növləri üzrə bu yarışların nəticələrinə görə ən yüksək reytinq toplaşmış 280 idmançı Qəbələyə gələcək.Ölkəmizi isə bu yarışlarda Nurlanə Cəfərova və Emin Cəfərov (hər ikisi  dairəvi stend), İradə Aşumova və Ruslan Lunyov (hər ikisi güllə atıcılığı) təmsil edəcəklər.Oktyabr 22-də Heydər Əliyev adına Konqres Mərkəzində turnirin  rəsmi açılış mərasimi keçiriləcək. 23-27 oktyabr tarixlərində yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı "ISSF TV" vasitəsilə canlı yayımlanacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol