• $
  • £

Polat Alemdarın yeni serialı başlayır (VİDEO)

Polat Alemdarın yeni serialı başlayır (VİDEO)
03.01.2019 20:32
Türkiyənin ən reytinqli seriallarının başında gələn "Qurdlar Vadisi” ("Kurtlar Vadisi”) daha olmayacaq.


"Qurdlar Vadisi Pusqu”nun ("Kurtlar Vadisi Pusu”) ardından "Kurtlar Vadisi Kaos”un ("Qurdlar Vadisi Xaos”) başlayacağı deyilsə də, bu, baş tutmayacaq.


Əvəzində isə serialın baş qəhrəmanı və ssenari müəlliflərindən olan, "Polat Alemdar” rolunu canlandıran Necati Şaşmaz ekranlara yeni serialla gəlir. Yeni serialın adı "Növbə 7/24” ("Nöbet 7/24”) olacaq.


Artıq serialın ilk bölümü üçün çəkiliş məkanı müəyyənləşdirilib. Antalyada çəkilən serial Türkiyə əsgərlərindən bəhs edən "Sakarya Fırat” tipli serialdır. Serialın dəqiq hansı tarixdə efirdə olacağı bilinməsə də, yanvarda "Show TV” ekranlarında görünəcəyi dəqiqdir.


"Kurdlar Vadisi Pusu”da Polat Alemdarın sağ qolu "Cahit” obrazını canlandıran Cahit Kayaoğlu burada kapitan Murat Soylu, "Komandir Yasin” kimi tanıdığımız Ərtuğrul Şakar isə baş çavuş Vedat Ləbləbici obrazında serialda görünəcək.


Məşhur müğənni Orhan Gəncəbayın oğlu Gökhan Gəncəbay ilk dəfə bir seriala məhz burada çəkiləcək. Onun leytenant Oğuz Bərhudar rolunda görünəcəyi deyilir.


Bundan başqa, serialda Sayqın Soysal, Tuncay Bəyazıt, Dəniz Bolışık, Kürşat Alnıaçık, Yurdaer Okur, Kaan Sevi və İbrahim Kəndirci kimi güclü aktyorların yer alacağı açıqlaması verilib. (oxu.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müğənni səhnədə qəfil öldü - VİDEO
Mədəniyyət 14:41
Müğənni səhnədə qəfil öldü - VİDEO
Nəfəsin valideynləri ondan niyə imtina edib? – “Özümü yetim kimi hiss edirdim”​ ​ – VİDEO
Mədəniyyət 12:23
Nəfəsin valideynləri ondan niyə imtina edib? – “Özümü yetim kimi hiss edirdim”​ ​ – VİDEO
“Uşaq evində böyümüşəm, müəllimlər yeməyimizi öz yetimçələrinə aparırdılar” - Video
Mədəniyyət 23:51
“Uşaq evində böyümüşəm, müəllimlər yeməyimizi öz yetimçələrinə aparırdılar” - Video
“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı - VİDEO
Mədəniyyət 22:31
“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı - VİDEO
“Uşaq Avroviziyası-2021” müsabiqəsi başlayıb - Canlı
Mədəniyyət 19:56
“Uşaq Avroviziyası-2021” müsabiqəsi başlayıb - Canlı
Bu gün “Uşaq Avroviziyası” keçiriləcək
Mədəniyyət 15:30
Bu gün “Uşaq Avroviziyası” keçiriləcək
Tərəkəmə həyatı-Kişi xalçaçılar, qadın dulusçular-VİDEO
Mədəniyyət 17:18
Tərəkəmə həyatı-Kişi xalçaçılar, qadın dulusçular-VİDEO
Məşhur türkiyəli aktyor Şuşada - Video
Mədəniyyət 23:26
Məşhur türkiyəli aktyor Şuşada - Video
Türkiyədə festivalın ilk mükafatı Arzu Əliyevaya verildi - Video
Mədəniyyət 23:13
Türkiyədə festivalın ilk mükafatı Arzu Əliyevaya verildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol