• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Dilqəm Əsgərovun oğlu: Atamı bizdən gizlədirlər

Dilqəm Əsgərovun oğlu: Atamı bizdən gizlədirlər
10.01.2019 17:22
Erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bir ildən çoxdur ki, atasından heç bir xəbər, məktub almadığını deyir.

Anews.az-ın xəbərinə görə, o, "Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları onun müraciətlərinə hər dəfə eyni cavabı verir.

"2017-ci ilin noyabrın 1-də yazılan sonuncu məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları bizə təqdim ediblər. Əfsuslar olsun ki, həmin tarixdən etibarən atamdan heç bir məktub almamışıq. Bizim onunla canlı video-bağlantı etmək istəyimiz də müsbət cavablandırılmır. Mütəmadi olaraq məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına müraciət edirəm. Müraciətlərimə cavab olaraq bildirirlər ki, "sənin atan özü məktub yazmaq, video göndərmək istəmir”, - K.Əsgərov bildirib.

"Mən buna inanmıram. Düşünürəm ki, bu, cəfəngiyyatdır. Atam yaşlı və xəstə adamdır. Yəqin, atamın səhhətində problemlər var ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ondan video gətirməyiblər. Görünür, atamın vəziyyəti o qədər pisdir ki, o, məktub belə yaza bilmir. Ona görə də ondan məktub yoxdur”, – deyə o əlavə edib.

Dilqəm Əsgərovun oğlu beynəlxalq təşkilatların bu məsələyə diqqətsizliyindən də gileylənib.

K.Əsgərov atasının məktub yazmamasına inanmadığını israrla vurğulayıb:

"Atam girov düşdükdən sonra həmişə bizə məktub yazıb. Hazırda Azərbaycanda saxlanılan erməni diversant Arsen Baqdasaryan ailəsi ilə "Skype” vasitəsilə danışmaq imkanına malikdir və o, bundan mütəmadi olaraq istifadə edə bilir. Onun saxlanılma şəraiti yaxşıdır, səhhətində heç bir problem yoxdur, ailələri ona ərzaq, paltar göndərə bilir. Lakin bizə həmin şərait yaradılmır. Mən atamın öz dilindən eşitmək istəyirəm ki, o, yaxşıdır, durur, hərəkət edir. Nəyə görə Beynəlxalq Qırımızı Xaç Komitəsinin əməkdaşları bunu yerinə yetirmir?”

O, atasından aldıqları sonuncu məktub barədə də məlumat verib:

"Atam sonuncu məktubunda ona, icazə olacağı təqdirdə, bəzi ərzaqların göndərilməsini istəmişdi”.

O vurğulayıb ki, onun 2018-ci ildə atasının girovluqdan azad ediləcəyi ilə bağlı çox böyük ümidləri var idi:

"Mən inanırdım ki, atamgil girovluqdan azad oluna bilər. Əfsuslar olsun ki, Paşinyan hökuməti Azərbaycan Respublikasının təklif etdiyi "hamının-hamıya” dəyişdirilməsi təklifindən imtina etdi. Bu məsələ hazırda prezident İlham Əliyevin nəzarətindədir. Xarici İşlər Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi bu istiqamətdə iş aparır. Lakin çox təəssüflər olsun ki, beynəlxalq qurumlar, təşkilatlar bu işlə bağlı Ermənistan tərəfinə təzyiqlər göstərmir. Ümid edirəm ki, bu məsələ 2019-cu ildə öz həllini tapacaq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəlbəcərdə partlayış olub, xəsarət alanlar var
Cəmiyyət 22:50
Kəlbəcərdə partlayış olub, xəsarət alanlar var
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Cəmiyyət 22:34
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənliklərlə bağlı paylaşım edib - Video
Cəmiyyət 22:17
Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənliklərlə bağlı paylaşım edib - Video
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 20:00
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Cəmiyyət 19:19
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Bakının bu rayonunda qaz kəsiləcək
Cəmiyyət 19:13
Bakının bu rayonunda qaz kəsiləcək
Bakıda süni göldə uşaq batıb
Cəmiyyət 18:40
Bakıda süni göldə uşaq batıb
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
Cəmiyyət 18:28
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Cəmiyyət 18:11
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol