Azərbaycan prezidenti Tacikistana getdi
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 15-də Tacikistan Respublikasına rəsmi səfərə gedib.APA-nın məlumatına görə, Azərbaycanın və Tacikistanın dövlət bayraqlarının dalğalandığı Düşənbə Beynəlxalq Hava Limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Tacikistanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.ANN.Az