• $ 1.7
  • € 1.97
  • ₽ 0.021803
  • ₺ 0.04
  • £ 2.2506

Tutanhamonun məqbərəsindəki müəmmalı qəhvəyi ləkələrin sirri bilindi - VİDEO

Tutanhamonun məqbərəsindəki müəmmalı qəhvəyi ləkələrin sirri bilindi - VİDEO
29.05.2020 11:09
Tutanhamonun məqbərəsi ilə bağlı sirr açılıb.

Bərpası üçün xeyli əziyyət çəkilən məqbərədəki "lənət"in sirri çözülüb.

3000 ilin məzarını bərpa etmək üçün 10 ildən çox vaxt sərf olunub. Əvvəllər "lənətli" olduğu düşünülən məqbərə yenidən şöhrətə qovuşub.

10 illik bərpa müddətində ekspertlərin səyi ilə divarlardakı rəsmləri və mumyalanmış cəsədi qorumaq üçün xüsusi baryerlər qoyulub və ventilyator sistemi quraşdırılıb.


Onlar 1922-ci ildə arxeoloq Hovard Karterin aşkarladığı məqbərənin divarındakı qəhvəyi rəngli ləkələri araşdırmaq üçün xeyli vaxt sərf ediblər.

"Getty Conservation Institute" və Misirin Əntiq Tarix Nazirliyinin mütəxəssisləri illər sonra məqbərədə restavrasiya işlərini tamamlayıblar. Ötən gün Fironun mumyalanmış cəsədinin saxlanıldığı məqbərə yenidən turistlər üçün açılıb.


Live Science yazır ki, məqbərənin divarında göbələk kimi böyüyüb, çoxalan qəhvəyi ləkələr ölmüş mikroblardır. Bakteriyalar Karter məzarı açdıqdan sonra yayılmayıb. Boya ilə divarın arasında qalan mikroblar zərərsizdir. Əvvəllər turistlərin ziyarəti və  tozla bağlı olaraq yarandığı düşünülən qara ləkələr hazırda divarda qalmaqdadır.


Karterin kəşfindən sonra həmin məqbərənin lənətli olduğu düşünülüb. Karterə sponsorluq edən Karnarvorun qan zəhərlənməsinə görə ölümündən sonra bu fərziyyələr daha inandırıcı hal alıb.

Qeyd edək ki, Tutanhamon qədim Misirin ən məşhur fironlarından biri olub. Eramızdan əvvəl 1332-ci ildə 9 yaşında taxta çıxmış firon 9 il sonra qəflətən vəfat edib. Onun öz əcəli ilə ölməsi və ya öldürülməsi mübahisəli məsələ olaraq qalır./milli.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
Dünya 14:05
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Dünya 13:15
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Dünya 08:36
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Rusiya bu əraziyə fosfor bombaları atıb  - VİDEO
Dünya 08:20
Rusiya bu əraziyə fosfor bombaları atıb - VİDEO
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Dünya 21:21
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Dünya 17:39
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Zelenskinin yaralı qız ilə dialoqu -
Dünya 12:03
Zelenskinin yaralı qız ilə dialoqu - "Biz "Tik-tok"u işğal etmişik" - VİDEO
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Dünya 16:36
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Hansı şirkətlər Rusiyadan gedib?
Dünya 23:47
Hansı şirkətlər Rusiyadan gedib?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol