• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Məşhur opera müğənnisi yenidən Qarabağda

Məşhur opera müğənnisi yenidən Qarabağda
13.10.2014 19:19
Oktyabrın 12-də ispan əsilli məşhur opera müğənnisi Monserrat Kabalye yenidən Qarabağa səfər edib.Oxu.Az xəbər verir ki, erməni mətbuatının yazdığına görə, Kabalye oktyabrın 14-də Xankəndidə atəşkəsin 24 illiyinə həsr olunmuş konsert verəcək.Kabalyenin qondarma rejimin “prezidenti” Bako Saakyanla görüşü də planlaşdırılır.Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev hazırda bu istiqamətdə araşdırma aparıldığını bildirib:“Məsələ araşdırılır və bununla bağlı mərkəzləşdirilmiş açıqlamamız olacaq”.Qeyd edək ki, İspaniyanın opera müğənnisi Monserrat Kabalyenin Dağlıq Qarabağa ilk səfəri deyil.Belə ki, ötən ilin iyununda ilk dəfə Qarabağa səfər edən Kabalye bundan sonra Azərbaycanda persona non qrata elan edilmiş, Azərbaycanın “qara siyahısına” salınmışdı.“Biz, ispan tərəfinə nota göndərərək, bütün vəziyyəti izah etdik və Monserrat Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərini ziyarəti ilə bağlı izahat verməsini tələb etdik. Notada göstərilib ki, Kabalye persona non qrata elan edildiyi üçün (arzuolunmaz şəxs), daha heç vaxt Azərbaycanın vizasını ala bilməyəcək” – deyə, o zaman Azərbaycanın İspaniyadakı səfirliyindən bildirmişdilər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Siyasət 18:30
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Siyasət 17:59
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Siyasət 13:42
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Siyasət 12:00
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol