• $ 1.7
  • € 1.9252
  • ₽ 0.021118
  • ₺ 0.044
  • £ 2.2614

“Xəzər TV”-nin məşhur aparıcının “26 Fevral Səhvi”nə münasibəti – VİDEO

“Xəzər TV”-nin məşhur aparıcının “26 Fevral Səhvi”nə münasibəti – VİDEO
05.02.2019 10:36
"Xəzər” televiziyası 01 fevral 2019-cu ildə canlı yayımlanmış "Xəzər səhər” verilişində aparıcı İlhamiyyə Rzanın ilaxır çərşənbələrlə bağlı verdiyi məlumat zamanı yaranan "26 fevral” anlaşmazlığına aydınlıq gətirib.

Orman.Az xəbər verir ki, televiziyadan xanım aparıcının proqramın irəliləyən dəqiqələrində məsələyə aydınlıq gətirdiyi qeyd olunub.
Beləki İlhamiyyə Rza proqramın saat 08:25-ci dəqiqəsində yayımlanan hissəsində qeyd olunan mövzu üzrə çıxışı zamanı ilk ilaxır çərşənbə olan "Su çərşənbəsi”nin fevral ayının 26-a təsadüf etdiyini deyir. Lakin çıxışın ardınca həmin günün "Xocalı faciəsi” ilə eyni günə düşdüyünü qeyd etmir: 
"Tamaşaçılara sevincək olaraq deyirəm ki, hazırlaşın, düz 25 gündən sonra fevralın 26-da ilk çərşənbəni qeyd edəcəyik. "Su çərşənbəsi” olacaq. İndidən hazırlaşın. Vaxtı tələsdirin, vaxtı tezləşdirin”.
 
"Xəzər səhər” verilişinin baş redaktoru Turan Babayev Orman.Az-a açıqlamasında qeyd edib ki, verilişin irəliləyən dəqiqələrində aprıcı mövzuya yenidən qayıdıb və "Su çərşənbəsi”nin "Xocalı faciəsi” ilə eyni günə təsadüf etdiyini qeyd edib. Baş redaktor "Orman.Az”-ın konteksdən çıxarış etdiyini vurğulayaraq verilişin ümumi gedişatını sərgiləməməkdə qınayıb.
Orman.Az saytı olaraq "Xəzər səhər” verilişinin irəliləyən dəqiqələrində – yəni, aparıcının yol verdiyi anlaşmazlıqdan 30 dəqiqə sonra eyni mövzuya qayıdaraq məsələyə aydınlıq gətirdiyini diqqətə çatdırmaq istəyirik. Televiziyada canlı efir həyəcanını nəzərə alaraq bu ani unutqanlığın qabardılmasının tərəfdarı deyilik. 
Sonda bütün həmkarlarımızı – xüsusən də canlı yayım zamanı – diqqətli olmağa çağırıraraq "Xəzər səhər” proqramının irəliləyən dəqiqələrində aprıcının məsələyə aydınlıq gətirdiyi anı təqdim edirik:

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Cəmiyyət 11:34
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
Cəmiyyət 10:55
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Cəmiyyət 14:37
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Cəmiyyət 17:51
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Cəmiyyət 19:28
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb -  Videoreportaj
Cəmiyyət 23:23
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb - Videoreportaj
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Cəmiyyət 10:36
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Cəmiyyət 09:53
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Cəmiyyət 17:51
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol