• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Bakıda heyvanlara sığınacaq tikilir

Bakıda heyvanlara sığınacaq tikilir
10.10.2014 13:22
Bakıda sahibsiz heyvanlar üçün sığınacaq tikilir. Sığınacaq IDEA İctimai Birliyinin təşəbbüsü ilə Qaradağ rayonunda olacaq. Ötən gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə sığınacağın təməli qoyulub. Sığınacaqda sahibsiz heyvanların, xüsusilə it və pişiklərin müvəqqəti və ya daimi məskunlaşması üçün şəraitin yaradılması, burada xüsusi baytarlıq klinikasının fəaliyyət göstərməsi, heyvanların müayinə və müalicəsi, lazım gəldikdə onların üzərində cərrahiyyə əməliyyatının aparılması üçün zəruri avadanlığın quraşdırılması nəzərdə tutulub. Sığınacaqda baytarlar üçün təlim və ixtisasartırma kursları fəaliyyət göstərəcək, buraya məktəblilərin xüsusi turları təşkil olunacaq. Eyni zamanda 5 minədək heyvanın, xüsusilə it və pişiyin yerləşdirilməsi üçün nəzərdə tutulan sığınacağın layihələndirilməsində digər ölkələrin təcrübəsindən istifadə olunub. Sığınacaqda həm də şəhər mühitində nadir hallarda rast gəlinən heyvanların, məsələn atların, bəzi quşların müayinə və müalicəsi mümkün olacaq.//Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 25 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
Cəmiyyət 11:00
Bakıda 25 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
Yağıntılı və küləkli hava nə vaxtadək davam edəcək?
Cəmiyyət 10:48
Yağıntılı və küləkli hava nə vaxtadək davam edəcək?
Axtarışda olan şəxs Monteneqroda saxlanılıb
Cəmiyyət 23:47
Axtarışda olan şəxs Monteneqroda saxlanılıb
Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb
Cəmiyyət 23:00
Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Cəmiyyət 20:30
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Cəmiyyət 20:00
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 19:31
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Cəmiyyət 18:30
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılıb
Cəmiyyət 18:00
Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol