• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Rəsmi açıqlama: “Bu şəhərdə”yə niyə qadağa qoyuldu? – Video

Rəsmi açıqlama: “Bu şəhərdə”yə niyə qadağa qoyuldu? – Video
11.02.2019 13:07
"Bu şəhərdə” komandasına Sumqayıt şəhərində konsert təşkil etməyə icazə verilməyib.

Bu barədə "Bu şəhərdə” komandasının bədii rəhbəri Müşfiq Abbasov məlumat yayıb. O bildirib ki, konsert üçün Sumqayıt İH-yə müraciət ediblər.

"Mart ayında konsertlərimizin keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə (Zakir Fərəcova və onun müavini Teymur Səmədova) iki məktub ünvanlamışıq, nəticədə bizə məlum olmayan səbəbdən Sumqayıtda "Bu şəhərdə"nin konsertlərinin keçirilməsinə icazə verilmədi. "Bu şəhərdə" Sizin şəhərdə olmayacaq”, - deyə M.Abbasov sumqayıtlılara müraciətində qeyd edib.

Qeyd edək ki, "Bu şəhərdə”nin Bakı ilə yanaşı, Naxçıvan və Sumqayıtda da konsert verməsi ənənə halını almışdı. Hətta yeni konsert proqramı bir neçə dəfə Sumqayıtdan start götürmüşdü.

***

İcra Hakimiyyəti "Bu şəhərdə” komandasının konsert keçirməklə bağlı müraciətinə "yox” cavabı verməyib.

Bu sözləri Kult.az-a açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eyvaz Qocayev deyib. O bildirib ki, Sumqayıt şəhərində son illərdə digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsinə də xüsusi diqqət yetirilir:

"Sumqayıtda mədəni-kütləvi tədbirlərin keçirilməsinə hər cür şərait yaradılıb və şəhərdə davamlı olaraq insanların mədəni istirahəti üçün kütləvi tədbirlər keçirilir, konsertlər təşkil olunur. "Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyədə konsert proqramları təşkil olunub. Onların konsert proqramında şəhər rəhbərliyi, eləcə də şəhər ictimaiyyəti iştirak edib. Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə çıxış etmək niyyətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa, ötən il olduğu kimi, yenə də konsertlərini keçirə bilərlər”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müğənni səhnədə qəfil öldü - VİDEO
Mədəniyyət 14:41
Müğənni səhnədə qəfil öldü - VİDEO
Nəfəsin valideynləri ondan niyə imtina edib? – “Özümü yetim kimi hiss edirdim”​ ​ – VİDEO
Mədəniyyət 12:23
Nəfəsin valideynləri ondan niyə imtina edib? – “Özümü yetim kimi hiss edirdim”​ ​ – VİDEO
“Uşaq evində böyümüşəm, müəllimlər yeməyimizi öz yetimçələrinə aparırdılar” - Video
Mədəniyyət 23:51
“Uşaq evində böyümüşəm, müəllimlər yeməyimizi öz yetimçələrinə aparırdılar” - Video
“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı - VİDEO
Mədəniyyət 22:31
“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı - VİDEO
“Uşaq Avroviziyası-2021” müsabiqəsi başlayıb - Canlı
Mədəniyyət 19:56
“Uşaq Avroviziyası-2021” müsabiqəsi başlayıb - Canlı
Bu gün “Uşaq Avroviziyası” keçiriləcək
Mədəniyyət 15:30
Bu gün “Uşaq Avroviziyası” keçiriləcək
Tərəkəmə həyatı-Kişi xalçaçılar, qadın dulusçular-VİDEO
Mədəniyyət 17:18
Tərəkəmə həyatı-Kişi xalçaçılar, qadın dulusçular-VİDEO
Məşhur türkiyəli aktyor Şuşada - Video
Mədəniyyət 23:26
Məşhur türkiyəli aktyor Şuşada - Video
Türkiyədə festivalın ilk mükafatı Arzu Əliyevaya verildi - Video
Mədəniyyət 23:13
Türkiyədə festivalın ilk mükafatı Arzu Əliyevaya verildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol