• $ 1.7
  • € 1.97
  • ₽ 0.021803
  • ₺ 0.04
  • £ 2.2506

Azərbaycanda bitən bu bitkinin 1 kiloqramı 11 min dollardır

Azərbaycanda bitən bu bitkinin 1 kiloqramı 11 min dollardır
29.05.2020 00:29
Abşeron zəfəranı dünyada ən bahalı vegeterian məhsullar arasında 3-cü yerdə qərarlaşıb. Bununla bağlı xarici mediada hazırlanmış məqalədə qeyd edilib ki, 1 kiloqram Abşeron zəfəranının qiyməti dünya bazarında 11 min dollardır. Rəqəmlərə əsaslansaq, bu bitkinin ölkəyə xarici valyuta cəlbi baxımından böyük payının ola biləcəyini deyə bilərik. Hazırda isə zəfəranın əkin sahələri çox azdır. Qarşıdakı illərdə dövlət proqramının həyata keçirilməsi planlaşdırılır.

Ölkəmizdə yetişdirilən Abşeron zəfəranı 12 ən bahalı vegetarian məhsul arasında 3-cü yeri tutub. "Luxurylaunches" saytında bu haqda yazılan məqalədə qeyd olunur ki, 1 kiloqram Abseron zəfəranının qiyməti 11 min dollardır. Məqalədə vurğulanır ki, Azərbaycan zəfəranının sənaye istehsalı sayəsində ildə 142,6 milyon dollar qazana bilər. 0,5 kiloqram quru zəfəranın alınması üçün 75 mindən çox çiçəkdən istifadə olunur.

Ölkəyə külli miqdarda valyutanın cəlbi baxımından bu bitkinin əkin sahələrinin genişləndirilməsi olduqca vacibdir. Amma statistikaya əsaslansaq, zəfəranın əkin sahələri SSRİ dövrü ilə müqayisədə təxminən 30 dəfə azdır. Əvvəllər Azərbaycanda ildə 600 kq zəfəran istehsal olunardı, hazırda bu rəqəm çox cüzidir.

Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə qeyd edib ki, Kənd Təsərrüfati Nazirliyi zəfəran istehsalının genişləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. İlk növbədə Bakıətrafı qəsəbələrdə ərazisi geniş olmayan həyətyanı sahələrdə bitkinin əkilməsi təşviq edilir.

Firdovsi Fikrətzadənin sözlərinə görə, hazırda Azərbaycanda zəfərana olan tələbat daha çox İrandan ucuz idxal hesabına ödənilir. Halbuki yerli məhsulun keyfiyyəti nəinki İran, hətta İspaniya və İtaliyada yetişdirilən zəfəranın keyfiyyətindən də yüksəkdir.

Görünən odur ki, qarşıdakı illərdə zəfəran ölkəyə xarici valyuta cəlb etmək baxımından önəmli rol oynayacaq.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmiyyət 15:36
"Medera" xəstəxanasının mühafizəçisi saxlanılıb - VIDEO
Bayram qabağı bazarlarda qiymətlər necədir? - VİDEOREPORTAJ
Cəmiyyət 11:18
Bayram qabağı bazarlarda qiymətlər necədir? - VİDEOREPORTAJ
Vətəndaşlar  bir ayda siqaretə nə qədər pul xərcləyir? -  SORĞU/VIDEO
Cəmiyyət 20:06
Vətəndaşlar bir ayda siqaretə nə qədər pul xərcləyir? - SORĞU/VIDEO
Sahibkar Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirib - VİDEO
Cəmiyyət 16:16
Sahibkar Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirib - VİDEO
Fizika və biologiya fənlərinin 6-cı sinifdən tədrisi bərpa olunmalıdır  -  millət vəkili/ VIDEO
Cəmiyyət 19:25
Fizika və biologiya fənlərinin 6-cı sinifdən tədrisi bərpa olunmalıdır - millət vəkili/ VIDEO
Gürcüstan və Cənubi Osetiya arasında  sərhədyanı kənddən - REPORTAJ
Cəmiyyət 22:04
Gürcüstan və Cənubi Osetiya arasında sərhədyanı kənddən - REPORTAJ
İctimai yerdə özünüzü təhlükəsiz hiss edirsinizmi?- SORĞU/VIDEO
Cəmiyyət 16:28
İctimai yerdə özünüzü təhlükəsiz hiss edirsinizmi?- SORĞU/VIDEO
Cəmiyyət 16:44
"Bravo" marketə silahlı hücumda ittiham olunan şəxsin atasından ŞİKAYƏT - VİDEO
İranda yaşayan azərbaycanlılara təhsil güzəşti ediləcəkmi?  - VİDEO
Cəmiyyət 17:07
İranda yaşayan azərbaycanlılara təhsil güzəşti ediləcəkmi? - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol