• $
  • £

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlar üçün kredit şərtlərini asanlaşdırıb

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlar  üçün kredit şərtlərini asanlaşdırıb
29.05.2020 04:05
Real sektorun inkişafını davamlı şəkildə dəstəkləyən Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildə iri korporativ müştərilərə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 500 milyon manatadək kredit və qarantiyalar verib. Proses bu il də davam etdiriləcək. Xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi bankın kredit siyasətində önəmli yer tutacaq. Azərbaycan Beynəlxalq Bankı bu məqsədlə biznes kreditlərinin şərtlərini daha da asanlaşdırıb.


Müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqi şəxsləri və fərdi sahibkarları "Dəstək olaq, işinizi böyüdün!” devizi ilə bankla fəal əməkdaşlığa dəvət edən Azərbaycan Beynəlxalq Bankının biznes krediti şərtləri indi belədir:  


-Maksimal məbləğ: 5 000 000 AZN

-Faiz dərəcəsi: illik 6%-dən başlayaraq

-Müddət: 84 ayadək


Sahibkarlar kredit üçün bankın bütün filiallarına müraciət edə bilərlər. Biznes kreditini bankdan onlayn qaydada da sifariş etmək mümkündür. Müraciət göndərildikdən sonra bank əməkdaşı müştəri ilə əlaqə saxlayır. Onlayn kredit sifarişi üçün link: https://www.ibar.az/az/internet-banking/corporate-internetbank/biznes-krediti-onlayn-sifari-et/



Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: "Azərbaycan Beynəlxalq Bankı olaraq ötən il kiçik və orta sahibkarlıq subyektləri ilə fəal tərəfdaşlığa başladıq. Yaratdığımız imkanlar sahibkarlarda böyük maraq doğurdu, biznes kreditləri üçün banka müraciətlər intensivləşdi. Sahibkarların istəklərini nəzərə alaraq  onlar üçün yaratdığımız imkanları daha da genişləndiririk. Real, əsaslandırılmış biznes ideyaları olan hər kəs bu imkanlardan istifadə edərək öz biznesini inkişaf etdirə biləcək. Sahibkarlarımızı bu sərfəli imkanlardan faydalanmağa çağırırıq”.



Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üzrə təqdim etdiyi çeşidli məhsullar barədə daha ətraflı: https://www.ibar.az/az/corporate/loans/short-term-lending/


Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
İqtisadiyyat 15:45
SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Qeyri-iş günlərində Azərbaycanda 4,5 mindən çox sığorta hadisəsi qeydə alınıb
İqtisadiyyat 12:53
Qeyri-iş günlərində Azərbaycanda 4,5 mindən çox sığorta hadisəsi qeydə alınıb
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib
İqtisadiyyat 10:02
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:42
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:11
Avro və rubl bahalaşıb - məzənnə
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol