• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Söyün Sadıqovun həbsinin təfərrüatları: ermənidən 100 milyon istəyib (FOTOLAR)

Söyün Sadıqovun həbsinin təfərrüatları: ermənidən 100 milyon istəyib (FOTOLAR)
13.02.2019 18:29
Bir vaxtlar Rusiyadakı azərbaycan diasporunun liderlərindən biri olan və özünü prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Söyün Sadıqovun həbsinin təfərrüatları üzə çıxıb. 


Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, Söyün Sadıqov erməni biznesmendən 100 milyon rubl və 1 hektar torpaq sahəsini tələb edib. Lakin biznesmen onu "ilişdirib”.


İstintaq məlumatlarına əsasən Söyün Sadıqov sahibkar qadın Yuliya Mazurla və "kimliyi istintaqa hələ məlum olmayan” başqa şəxslə əlbir olaraq rostovlu biznesmen, "Nebuq” şirkətinin direktoru Madiros Xorenoviç Oskanovdan hədə-qorxu yolu ilə 100 milyon rubl tələb edib.


Belə ki, Söyün və Yuliya özünü Oskanova "İnterles-L” adlı şirkətin əməkdaşları kimi təqdim ediblər. Əslində isə onların həmin şirkətə dəxli olmayıb. Onlar "Nebuq” şirkətinin hesabındakı qanunsuz pullar və torpaq sahəsi barədə bildiriblər. Və Oskanovdan tələb ediblər ki, hər şeyi qanuni şəkildə yenidən rəsmiləşdirmək və həbs olunmamaq üçün 100 milyon rubl, üstəlik 1 hektar torpaq sahəsini versin.


Oskanov isə polisə müraciət edib. Bundan sonra Söyün Sadıqovla Rostovdakı restoranlardan birində görüş təyin edib. Sadıqovu 5 milyon rublu alarkən yaxalayıblar.


Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, həbs Rostovun Staçki prospektində yerləşən "Ris" restoranında baş tutub. Söyün Sadıqovla birlikdə biznesvumen Yuliya Mazur da həbs edilib. Hazırda S.Sadıqov istintaq təcridxanasındadır və istintaqı, sonrakı məhkəməni gözləyir. Sadıqovu mütəşəkkil qrup halında törədilən xüsusilə iri məbləğdə dələduqluqda ittiham edirlər. Bu ittiham üzrə onu 10 ilə qədər həbs gözləyir.
 
 

Qeyd edək ki, Söyün Sadıqov 2013-cü ilə qədər Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinə ("AzərRos”) başçılıq edib. Bu təşkilatdan deyiblər ki, Söyünün həbsi və ona qarşı irəli sürülmüş ittiham haqda eşitməyiblər. Təşkilatın rəhbəri Mehriban Sadıqovanın dediyinə görə, 2013-cü ildən bəri S.Sadıqov "AzərRos”un fəaliyyətində iştirak etmir.


S.Sadıqov sambo üzrə SSRİ çempionu, SSRİ idman stası olub. Sonradan tikinti və bank biznesinə girişib. O, Rusiya prezidenti yanında millətlərarası münasibətlər Şurasının üzvü olub, 2012-ci il prezident seçkilərində Putinin etibarlı nümayəndələri arasında yer alıb və son illərdə geosiyasi araşdırmalarla məşğul olan Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinə rəhbərlik edirdi. Onun adı Ukraynanın qərində macar separatizminin qızışdırılmasında da hallanırdı.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Cəmiyyət 15:10
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Cəmiyyət 10:42
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Cəmiyyət 16:26
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Cəmiyyət 13:25
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Cəmiyyət 17:34
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Cəmiyyət 22:30
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Cəmiyyət 18:35
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol