Azərbaycanın xalq artistinin səhhəti pisləşdi - xəstəxanaya aparıldı - VİDEO

Xalq artisti Naibə Allahverdiyevanın səhhəti pisləşib.
Sonxeber.az-ın məlumatına görə, bu haqda artistin özü yaydığı xəbərdə iynədən şoka düşdüyünü bildirib.
"Əsəblərimlə və qan təzyiqimlə əlaqədar xəstəxanaya getdim. Həkim sistem yazdı, etdirdim. Evə gələndən sonra hiss etdim ki, üşütmə gəlir. Bütün bədənim şişməyə, ağrımağa başladı. Şoka düşdüm. Təcili yardımla məni xəstəxanaya çatdırdılar".
www.anews.az