• $
  • £

İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi... FOTO

İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi... FOTO
18.02.2019 16:27
Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaq.
Bunu fevralın 18-də Sumqayıtda "SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, zavodun istehsal gücü 300 min ton olacaq: "Bu, bizim qeyri-neft ixracımızın 15 faizinin artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır. Bununla paralel olaraq, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti gənclərin hazırlanmasına da xidmət göstərir. Siz gənclər təlim keçmisiniz, orta əməkhaqqı çox yüksəkdir. Siz buna layiqsiniz. Siz müasir sənaye müəssisəsində çalışacaqsınız və bu müəssisənin fəaliyyəti ölkəmizi gücləndirəcək”.

Prezident vurğulayıb ki, yeni iş yerlərinin yaradılması prosesi burada təmin olunur, təxminən 500-dən çox yeni iş yeri açılır: "Bu yaxınlarda karbamid zavodunun açılışında iştirak edərkən məlumat verildi ki, orada da 500-dən çox iş yeri yaradılır. Yəni, bu iki mühüm müəssisənin əhəmiyyəti çox böyükdür. İlk növbədə, bu iki müəssisəyə 1,6 milyard dollar sərmayə qoyulub. Çox böyük rəqəmdir. Özü də nəzərə alsaq ki, bu sərmayə qeyri-neft sektoruna qoyulur. Digər tərəfdən, burada istehsal olunan məhsullar ixracyönümlüdür və ölkəmizə valyuta gələcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, hazır məhsuldan valyuta qazanacağıq”.

İlham Əliyev bildirib ki, burada müasir texnologiyalar tətbiq olunur və Azərbaycanın texnoloji inkişafına bunun müsbət təsiri var. Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır: "Yəni, bir sözlə, belə böyük layihələrin icrasının çox böyük mənası, çoxşaxəli təsiri var və bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Biz bu layihələrə start verəndə, əlbəttə, təxmin edirdik ki, bu, çox gözəl nəticələrə gətirib çıxaracaq. Bu gün biz bunu əyani şəkildə müşahidə edirik. Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır, o cümlədən bu zavodların fəaliyyətə başlaması nəticəsində. Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır. Əminəm ki, belə müəssisələr gələcəkdə bizim sənaye imkanımızı böyük dərəcədə artıracaqdır və ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir”.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Siyasət 13:48
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Siyasət 13:28
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir
Siyasət 13:21
Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir

"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev
Siyasət 10:46
"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev
Hikmət Hacıyev: Qlobal Bakı Forumunun XIII toplantısı 400 nəfəri bir araya gətirəcək
Siyasət 09:56
Hikmət Hacıyev: Qlobal Bakı Forumunun XIII toplantısı 400 nəfəri bir araya gətirəcək
İlham Əliyev və Antonio Koştanın birgə mətbuat bəyanatı
Siyasət 00:03
İlham Əliyev və Antonio Koştanın birgə mətbuat bəyanatı
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub
Siyasət 22:27
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi
Siyasət 22:03
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi
Prezident İlham Əliyev və Antonio Koşta mətbuata bəyanatla çıxış ediblər - Yenilənib
Siyasət 20:28
Prezident İlham Əliyev və Antonio Koşta mətbuata bəyanatla çıxış ediblər - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol