• $
  • £

Atası kimi o, da torpaq uğrunda şəhid oldu - Leytenant Baxışlı...

Atası kimi o, da torpaq uğrunda şəhid oldu - Leytenant Baxışlı...
18.02.2019 21:40
Atası kimi o, da torpaq uğrunda şəhid oldu.


Moderator.az xəbər verir ki, bu gün şəhid leytenant Allahverdi Əbülfəz oğlu Baxışlının doğum günüdür. A.Baxışlı 1991-ci ilin bu günü Hacıqabul rayonunda anadan olub. Ailədə bir bacı və qardaş olan Baxışlı ailəsinin başçısı Əbülfəz Baxışlı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. 


Atasının yolunu davam etdirəcəyini deyən Allahverdi orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur. Liseyi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. Təhsilini başa vurduqdan sonra leytenant Allahverdi Baxışlı zabit kimi Silahlı Qüvvələrimizdə xidmətə başlayır. 


Allahverdi atasından sonra ailənin bütün yükünü öz çiyninə götürür, çünki evin tək oğlu idi, bir bacısı var. Çox təəssüf ki, Allahverdi Baxışlı 2014-cü il sentyabrın 27-də düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olur. 


Şəhidimizə atası kimi torpaq uğrunda şəhid olmaq qismət olur. O, böyük izdihamla doğulduğu rayonda böyük izdihamla dəfn edilir. 


Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Cəmiyyət 16:46
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 15:55
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol