• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Murad barda "şarik" iylədi, çıxıb küçədə BMW X6 ilə iki nəfəri öldürdü - VİDEO - FOTO

Murad barda
29.05.2020 07:34
Ötən gecə Rusiyanın Sankt-Peterburq şəhərində ağır yol qəzası baş verib. "BMW X6" səkiyə çıxaraq piyadaları vurub, nəticədə, iki nəfər ölüb və dörd nəfər yaralanıb.
Anewsz Virtualaz.org-a istinadən xəbər verir ki, hadisənin səbəbkarı Rusiya vətəndaşı, 30 yaşlı azərbaycanlı Muraddır.
Mənbə bildirir ki, Murad adlı azərbaycanlı dəbli avtomobil nömrələrini satmaqla məşğuldur. Özü isə daha çox "Mercedes" və BMW maşınlarını xoşlayır. Bu barədə onun sosial şəbəkədəki səhifəsində ətraflı məlumat var.

Qəza ötən gecə yerli vaxtla təxminən saat 2-də baş verib. Muradın 2010-cu ildən Peterburqda yaşadığı deyilir. Azərbaycanda anadan olsa da, hazırda o, RF vətəndaşıdır.
Tərcümeyi-halında cinayət məsuliyyətinə cəlbolunma halları olmasa da, son iki il ərzində Murad yol hərəkəti qaydalarını pozduğuna görə 55 dəfə inzibati məsuliyyətə cəlb edilib. Bəzi cərimələrinə görə hələ də dövlətə borcludur.

Qəzadan dərhal sonra Muradla birgə yaşayan çoxsaylı qohumlarının hadisə yerinə gəldikləri qeyd olunur. Lakin həmyerlilərimiz qəza olan yerdə Muradı görə bilməyiblər - demək olar ki, qəza baş verdiyi an polis əməkdaşları onu mühasirəyə alıb. Az sonra hadisə yerinə Sankt-Peterburq şəhər polisinin rəisi şəxsən gəlib.
Ekspertizadan keçərkən, Murad həkimə etiraf edib ki, dünən axşam barlardan birində "şarik" iyləyib, sükan arxasında isə, sadəcə olaraq, "sönüb".
Videonu izləmək üçün şəklə klikləyin:

 
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ şəhərlərinə yağan güclü qar nəqliyyatın hərəkətini tam iflic edib - FOTO/VİDEO
Cəmiyyət 16:30
ABŞ şəhərlərinə yağan güclü qar nəqliyyatın hərəkətini tam iflic edib - FOTO/VİDEO
Bakıda sürücü və “parkovşik”lər cərimələndi - Video
Cəmiyyət 19:21
Bakıda sürücü və “parkovşik”lər cərimələndi - Video
Kəlbəcər-Laçın istiqamətindəki yeni infrasturuktura baxış keçirildi - Fotolar+Video
Cəmiyyət 19:19
Kəlbəcər-Laçın istiqamətindəki yeni infrasturuktura baxış keçirildi - Fotolar+Video
Bakıda narkokuryerliklə məşğul olan “bloger” saxlanıldı - Fotolar+Video
Cəmiyyət 18:24
Bakıda narkokuryerliklə məşğul olan “bloger” saxlanıldı - Fotolar+Video
Polis “Sədərək”də əməliyyat keçirdi - Video+Fotolar
Cəmiyyət 19:41
Polis “Sədərək”də əməliyyat keçirdi - Video+Fotolar
20 general, 11 Milli Qəhrəman yetişdirən lisey... - Video
Cəmiyyət 10:08
20 general, 11 Milli Qəhrəman yetişdirən lisey... - Video
“Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” - Video
Cəmiyyət 20:02
“Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” - Video
Narkotik satan daha 27 nəfər tutuldu
Cəmiyyət 18:19
Narkotik satan daha 27 nəfər tutuldu
“Oskar”ın rəhbəri də həbs edildi - Video
Cəmiyyət 19:21
“Oskar”ın rəhbəri də həbs edildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol