• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

“Azərbaycandan üzr istəmək üçün səbəb yoxdur” - Aleksandr Səmədov

“Azərbaycandan üzr istəmək üçün səbəb yoxdur” - Aleksandr Səmədov
29.05.2020 12:34
Rusiya millisinin sabiq futbolçusu, hazırda "Krılya Sovetov"da çıxış edən Aleksandr Səmədov "azerisport"a müsahibəsində maraqlı fikirlər səsləndirib.

Anews.az xəbər verir ki, atası azərbaycanlı olan futbolçu vacib məqamlara toxunub:

"Mənim atam azərbaycanldı və bununla fəxr edirəm. Nə vaxtsa Azərbaycan millisində çıxış etməklə bağlı düşünmədiyimi desəm, yalan söyləmiş olaram. Amma seçimimi etdim və Rusiya millisi ilə dünya, Avropa çempionatında oynadım. Düşünürəm ki, 100 faiz düzgün seçim etmişəm. Bundan peşman deyiləm. Çünki mən Rusiyada doğulmuşam, bu ölkəni sevirəm. Futbol oynamağa da Rusiyada başlamışam".

Səmədəv Rusiya yığmasının heyətində Bakıda Azərbayana qarşı keçirdikləri oyunu xatırlayıb:

"Bakıda azarkeşlərin məni fitə basmasını xatırlayıram. İndiyə qədər başa düşmürəm ki, mənə niyə belə münasibət göstərdilər. Mən Rusiya millisinin oyunçusu idim və bizim üçün vacib olan qarşılaşmada komandamın qələbəsi üçün çalışdım. Qazandığımız bir xalla dünya çempionatında oynamağı təmin etdik.  Sonradan mənə dedilər ki, "biz onları cəzalandıracağıq" sözlərim azarkeşlərin xoşuna gəlməyib. Rəşad Sadıqovla da söhbətimiz bu barədə idi. Ona da dedim ki, mən pis heç nə söyləməmişəm. Söhbətdən sonra bir-birimizin əlini sıxdıq, uğurlar arzuladıq. Düşünürəm ki, Azərbaycan haqqında pis heç nə deməmişəm və üzr istəməyim üçün heç bir səbəb yoxdu. Zaman hər şeyi yoluna qoyacaq".

Səmədəv "Krılya Sovetov"da çıxış edən millimizin üzvü Ramil Şeydayev barədə bunları söyləyib:

"Hazırda Ramil Şeydayevlə eyni komandada çıxış edirəm. "Lokomotiv"ə vurduğu qol Ramildə özünəinam yaradacaq ve getdikcə hər şey onun üçün daha yaxşı olacaq. Ramil Azərbaycan millisini seçib və bu, onun qərarıdı. Ayaz Quliyevin seçim etməməsi isə onun şəxsi işindi. Çiyinləri üzərində öz başı var, düşünüb, özü üçün doğru olan qərarı verəcək. Mənim ona məsləhət verməyim düzgün çıxmaz".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol