• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
01.10.2014 19:55
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.APA – nın məlumatına görə, dövlət başçısının təbrikində deyilir: “Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir. Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, bu xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır. Əziz bacı və qardaşlarım! Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.Qurban bayramınız mübarək olsun!”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı - Açıqlama
Cəmiyyət 12:31
“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı - Açıqlama
Sabah rayonlara qar yağacaq - PROQNOZ
Cəmiyyət 12:20
Sabah rayonlara qar yağacaq - PROQNOZ
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 11:10
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bakıda 25 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
Cəmiyyət 11:00
Bakıda 25 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
Yağıntılı və küləkli hava nə vaxtadək davam edəcək?
Cəmiyyət 10:48
Yağıntılı və küləkli hava nə vaxtadək davam edəcək?
Axtarışda olan şəxs Monteneqroda saxlanılıb
Cəmiyyət 23:47
Axtarışda olan şəxs Monteneqroda saxlanılıb
Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb
Cəmiyyət 23:00
Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Cəmiyyət 20:30
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Cəmiyyət 20:00
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol