Toya gedərkən dəhşətli qəzada ölən qardaşlarla bağlı YENİ FAKTLAR - VİDEO

Ötən gün Sumqayıtda baş verən dəhşətli yol qəzasında ölən qardaşlar bu gün dəfn ediləcək.
Məlumata görə, Zəkiyev qardaşları "Rent a car”dan avtomobil icarə götürərək Quba rayonuna Vahidin əsgər yoldaşının toyunda iştirak etmək üçün yola çıxıblar. Avtomobil Tağıyev qəsəbəsində hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq qarşıdan gedən yük maşınına çırpılıb. Hadisə vaxtı Mikayıl və Vahid yerindəcə keçinib. 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfər, Nəbiyev Cəbi Müdürxan oğlu və 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan Publika.az-a bildirilib ki, Fərid Zəkiyev artıq evə buraxılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər