• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

"Neftçi"də yeni vitse-prezident

"Neftçi"də yeni vitse-prezident
01.10.2014 13:35
Bu gün “Neftçi” PFK-nın klubdaxili iclası keçirilib.ANN.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş iclasda vitse-prezident vəzifəsinə təyin olunmuş Elnur Məmmədov komanda üzvlərinə və inzibati heyətə təqdim edilib. Təqdimat zamanı “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov yeni vitse-prezidentin təyinatı ilə bağlı fikirlərini bildirib:“Bir müddət idi ki, “Neftçi”də vitse-prezident vəzifəsi boş idi. Bu vəzifəyə gənc və bacarıqlı bir insanı dəvət etdik. Elnur Məmmədov futbol sahəsində fəaliyyət göstərmiş və idarəçilik qabiliyyəti olan gənc mütəxəssisdir. Onunla “Neftçi”nin “Bakcell Arena”da keçirilmiş oyunlarında da həmsöhbət olmuşuq və Elnur Məmmədovun futbol sahəsindəki fəaliyyətinə bələdik. “Neftçi” Azərbaycan futbolunun ən köklü klubudur. Bu komanda hər zaman ən yüksək yerlər və ən ali mükafatlar uğrunda mübarizə aparır. Məqsədimiz bu uğurların davamını gətirmək və daha böyük nailiyyətlərə imza atmaqdır. İnanıram ki, Elnur Məmmədov futbol sahəsindəki bacarığı ilə bizə bu işdə kömək edəcək. Ona gələcək işlərində uğurlar arzulayırıq və əminik ki, onun təyinatı klubumuz üçün faydalı olacaq”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol