• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Müşfiqə aid olduğu iddia edilən sümük qalıqlarının müayinəsindən xəbər var - RƏSMİ

Müşfiqə aid olduğu iddia edilən sümük qalıqlarının müayinəsindən xəbər var - RƏSMİ
27.03.2019 15:06
Mərhum şair Mikayıl Müşfiqə və digərlərinə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələr davam etdirilir. Ekspertiza yekunlaşmayıb. Aparılan işlər hələ başa çatmayıb. 

Anews.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Ədalət Həsənov işlərin bir həftəyə yekunlaşması barədə səslənən fikirlərə aydınlıq gətirib:

"Düzdür, bir neçə müddət bundan əvvəl işlərin yekunlaşacağını demişdik. Ona görə ki, bizə bir sümük təqdim olunmuşdu. Bir sümüyün yekunlaşması bir ya da iki həftəyə başa gəlir. Biz də buna uyğun cavab vermişdik.  Lakin birdən proses dəyişdi.  Bizə başqa materiallar təqdim olundu. Sümüklərin ardı gəlməyə başladı. Hətta, növbədə bir partiya sümük də gəlməsi gözlənilir. Bu, qlobal məsələdir. Bir nəfərdən söhbət getmir. Çünki aşkarlanan ərazidə təkcə Mikayıl Müşfiqə aid edilən sümüklər deyil. Ekspertizanın miqyası da böyükdür. Eyni zamanda, qohumlar gəlib qan verirlər və biz də bunu yoxlayırıq". 

Birliyin direktoru  işlərin uzanması ilə bağlı xaricdən mütəxəssis gətirilməsinə ehtiyac qalmadığını bildirib. 

"Heç bir xarici mütəxəssisə ehtiyac yoxdur. Çünki bu, genetik ekspertizadır. Genetik ekspertizanı həyata keçirən aparatların  hamısı özümüzdə var". 

Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Ötən  il noyabrın 1-də işçi qrupunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib. 

Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə "NKVD qəbiristanlığı" olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
Mədəniyyət 10:09
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
UVS Production debüt konsert proqramını təqdim edib
Mədəniyyət 13:56
UVS Production debüt konsert proqramını təqdim edib
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
Mədəniyyət 10:00
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Mədəniyyət 08:33
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”
Mədəniyyət 13:13
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”

Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Mədəniyyət 11:14
Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
Mədəniyyət 13:34
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib

Rəqsanə ev dustaqlığına buraxılıb
Mədəniyyət 17:48
Rəqsanə ev dustaqlığına buraxılıb

Xalq artisti Roza Cəlilova vəfat edib
Mədəniyyət 10:22
Xalq artisti Roza Cəlilova vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol