Gənc rəssamların əl işləri Türkiyədə sərgiləndi
Azərbaycanın gənc rəssamları Türkiyədə sərgisi
keçirilib. Kamal Əlizadə
və Nəsibə Vəkilovanın "Karma” adlı sərgisi
Alanya Şəhər bələdiyyəsinin təşəbbüsü ilə bu şəhərdə baş tutub.
Alaniyanın mədəniyyət mərkəzində təşkil olunan sərgidə
rəssamların müxtəlif mövzularda olan əl işləri nümayiş olunub. Alaniya bələdiyyəsinin sədr müavini Ali
Yenialp və digər qonaqlar gənclərin sərgisini böyük sevgi və maraqla izləyiblər. Qonaqlar tdbiri şəhərin mədəni həyatında
yaddaqalan hadisə olduğunu vurğulayıblar.
www.anews.az